Robert Köçəryanla Yuri Xaçaturova yeni ittiham irəli sürüldü
Ermənistanın ikinci prezidenti Robert Köçəryana və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova yeni ittiham irəli sürülüb. Dövlət ittihamçısı Robert Köçəryan və Yuri Xaçaturovun Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi ilə ittiham olunduğunu elan edib. İttihamda 2008-ci il 1 mart hadisələrindən bəhs edilir. Hadisələr zamanı onlar öz vəzifə səlahiyyətlərini aşmış, nəticədə vətəndaşların konstitusiya hüquqları kobud şəkildə pozulmuş və ağır nəticələrə səbəb olmuşdur.
441-ci maddənin 2-ci hissəsinin 5-ci bəndinə əsasən, belə əməllərə görə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İttiham tərəfi iddia edib ki, bu Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü il tarixli qərarının müddəalarına uyğundur və Köçəryan və digərlərinin ittihamlarına yenidən baxmağa imkan verir.
Seyran Ohanyan və Armen Gevorqyana iclas təxirə salındığına görə ittiham elan olunmayıb. Onların da eyni maddə ilə ittiham olunacağı güman edilir.
Xatırladaq ki, Köçəryan, Xaçaturov, Ohanyan və Gevorqyan konstitusiya quruluşunu devirməkdə ittiham edilsə də, Konstitusiya Məhkəməsi bu maddəni konstitusiyaya zidd hesab etdiyi üçün 2021-ci ildə onlara bəraət verilmişdi.
2024-cü ildə isə Konstitusiya Məhkəməsinin qərarı ilə ittiham yenidən təsnifləşdirilib, bu da iş üzrə məhkəmə baxışının bərpası üçün əsasdır.
Vəli Həsənoğlu,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu