Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqladı
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kifayət qədər sağlam olduğu müddətdə idman karyerasını davam etdirəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, onun sözlərini məşhur insayder Fabrizio Romano qeyd edib.
Ronaldonun sözlərinə görə, nifrət edənlər onun futboldan getməsi xəbərini səbirsizliklə gözləyir, ona görə də mümkün qədər uzun müddət oynamaq və faydalı olmaq niyyətindədir.
"Deyirlər ki, Ronaldo artıq əvvəlki kimi deyil… Amma bu doğru deyil. Ayaqlarım dayanmağın vaxtının gəldiyini deyənə qədər oynayacağam. Hələ bəzi şeyləri edə bilərəm. Mən hələ də futbolu sevirəm, qol vurmağı və qalib gəlməyi sevirəm. Mən hələ də bunu sübut edirəm", – Ronaldo bildirib.
Qeyd edək ki, portuqaliyalı "Əl-Nəsr"ə 2023-cü il yanvarın 2-də keçib. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.//Qafqazinfo

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi