Rövşən Rzayev: "428 sakinin çoxu Ağalıya qayıtmaq istəyir"

Rövşən Rzayev: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.
Komitədən KONKRET.az-a verilən xəbərə görə, məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir.
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.
Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib.
Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri xanım Arian Bauer də iştirak edib. Dövlət Komitəsinin sədri fəaliyyət dövrü ərzində göstərdiyi xidmətlərə görə xanım Arian Bauerə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Siyasi       Tarix: 23 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d


son xeberler azerbaycan xeberleri yeni xeberler hava bugünkü son xəbərlər qurban bayrami 2026 krimnal xeber