Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə diplomatik mənbə məlumat verib.
"Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfər edəcək", – deyə mənbə bildirib.
Səfər çərçivəsində Əliyev və Yohannis arasında aparılacaq danışıqlar zamanı energetika, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.
Dövlət başçıları, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi kimi regional layihələrin həyata keçirilməsini müzakirə edəcək və rəqəmsal sahədə belə layihələrə start verilməsi məsələsini nəzərdən keçirəcəklər.
Bundan başqa, K.Yohannis fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak edəcək.

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək