Rus sülhməramlıların Qarabağdan çıxması davam edir

Rus sülhməramlıların Qarabağdan çıxması davam edirRus sülhməramlıların Qarabağdan çıxması davam edir.
KONKRET.az xəbər verir ki, Goran dəmir yolu stansiyasında 50 yük platformasına 60 avtomobil, Bərdə dəmir yolu stansiyasında isə 8 platformaya 12 yanacaq çəni yüklənərək Rusiya istiqamətinə yola salınıb.
Hazırda Goranda daha 67 avtomobil yüklənməyə hazırlanır.
Qeyd edək ki, apreldə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.
Xatırladaq ki, 19 aprel Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti qələbəsi oldu.

Siyasi       Tarix: 10 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava haqqinda xeberlər son xeberler bugun 2026 canli