Rusiya 14 tona yaxın Azərbaycan bibərini GERİ QAYTARDI
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi karantin fitosanitar nəzarəti zamanı "FOOD LOGISTIC" MMC-nin müvəqqəti saxlanc anbarında yerləşən fitosanitar nəzarət postunda Azərbaycandan idxal olunan çəkisi 13,85 ton olan təzə bibərin müayinəsi zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan – qərb gülü tripsi (Frankliniella occidentalis Pergande) aşkarlanıb.
KONKRET.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, karantin obyektinin varlığı "Rosselxoznadzor"un tabeliyində olan "Ümumrusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının (FGBU "VNIIKR") mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib.
Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, yoluxmuş bibər partiyası Azərbaycan Respublikasının ərazisində yükgöndərənə qaytarılıb.

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi