Rusiya, Azərbaycan, Ermənistan və İran elektrik şəbəkələrini birləşdirir: Bakının çıxarı nə olacaq? - ƏTRAFLI

Rusiya, Azərbaycan, Ermənistan və İran elektrik şəbəkələrini birləşdirir: Bakının çıxarı nə olacaq? - ƏTRAFLIYaxın vaxtlarda İran, Ermənistan, Azərbaycan və Rusiya elektrik şəbəkələrinin ümumi sinxronlaşdırılması üçün texniki tədbirlər həyata keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Energetika naziri Əli Əkbər Mehrabian 22-ci Beynəlxalq Elektrik Sənayesi Sərgisinin açılış mərasimində bildirib. O qeyd edib ki, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronizasiyası artıq başa çatıb.
Mehrabianın sözlərinə görə, qonşu ölkələrlə elektrik enerjisi barteri məsələsi də müzakirə olunur: "İranın elektrik enerjisinə ehtiyacı olanda onu müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan, Ermənistan və Türkmənistandan idxal edə bilər. İranın artıqlığı olduqda isə bunu enerjiyə ehtiyacı olan ölkələrə ixrac etməsi mümkündür", – nazir deyib. "Elektrik şəbəkələrinin sinxronlaşdırılması İranın enerji sisteminin sabitləşməsinə kömək edəcək" – deyə Mehrabian sazişin əhəmiyyətini izah edib.
İranın enerji mübadiləsi sahəsində böyük potensialı var. Əvvəllər Tehran bu potensialdan infrastruktura sərmayənin olmaması səbəbindən çox istifadə edə bilmirdi. Baxmayaraq ki, İran uzun müddətdir regional güc mərkəzi olmaq arzusundan danışır, lakin bu istiqamətdə addımlar yalnız son illərdə atılıb. Bu günə kimi İranın elektrik şəbəkəsi artıq Ermənistan, Türkmənistan, Əfqanıstan, İraq və Pakistanla birləşdirilib. Bir il əvvəl İran öz elektrik şəbəkəsini Azərbaycan və Rusiyanın elektrik şəbəkələri ilə sinxronlaşdırmağa hazır olduğunu açıqlayıb. Bu il isə İran Qətərlə elektrik şəbəkələrini birləşdirməyə razılaşıb.
Rusiya üçün də Xəzər regionunda elektrik enerjisi mübadiləsi məsələsi aktualdır. Bu ilin oktyabrında "Rosseti" və "Azərenerji" iki ölkənin elektrik şəbəkəsi infrastrukturunun istismarı və inkişafı sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. İran, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistanın elektrik şəbəkələrinin birləşdirilməsi məsələsi hələ 2015-ci və 2016-cı illərdə qaldırılıb. Rəsmi Bakı daha sonra İrəvanın mövqeyinə görə danışıqlarda iştirakdan imtina edib. Azərbaycan 44 günlük müharibədə qələbə çaldıqdan sonra vəziyyət dəyişib. Moskva ilə Tehran arasında enerji mübadiləsinin mümkünlüyü də uzun illərdir ki, müzakirə olunur. İran və Ermənistan artıq elektrik xətləri ilə bir-birinə bağlıdır, lakin ölkələr arasında enerji mübadiləsi "elektrik enerjisi müqabilində qaz" sxeminə əsasən qurulur. Bu ay elektrik enerjisi müqabilində İrana qaz tədarükü ilə bağlı müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb.
Şəbəkələrin qarşılıqlı əlaqəsi ümumi praktikadır və adətən təkcə ölkələrin enerji sistemlərini stabilləşdirmir, həm də daha çox gəlir əldə edir və istehlakçı ehtiyaclarını daha yaxşı qarşılayır. Nəzərə almaq lazımdır ki, Rusiyada elektrik enerjisinə tələbatın pik həddi qışda, İranda isə istilər fonunda kondisionerlərin və ventilyasiya sistemlərinin işləməsi səbəbindən yayda baş verir.
Qeyd etmək lazımdır ki, elektrik şəbəkələrinin sinxronlaşdırılması nəticəsində Azərbaycan regional enerji qovşağı kimi rolunu artıracaq. Bakı hər zaman enerji sektorunun inkişafına böyük önəm verib. Ötən il Azərbaycandan elektrik enerjisi ixracı 1,6 milyard kilovatsaat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisinin təxminən yarısı deməkdir. 2025-ci ilə qədər azad edilmiş ərazilərdə Xudafərin SES və ümumi gücü 280 MVt olan "Qız Qalası" SES-in tikintisi başa çatdırılacaq və Azərbaycan bu layihədə İranla əməkdaşlıq edir. Bundan əlavə, hazırda Zəngəzur dəhlizinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün Naxçıvana elektrik verilişi xətti çəkilir. Avropa İttifaqında elektrik enerjisinin qiymətinin kəskin artması fonunda Azərbaycan da Türkiyənin enerji sistemi vasitəsilə Avropanın enerji bazarlarına çıxış əldə etməyi planlaşdırır.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 23 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəs

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Universitetdə baş verən bu rəhbərli

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib

İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Azərbaycan saatı ilə 01:25-də bva

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat kriminal xeber cəbhədən görüntüleri butun xeberler