"Rusiya başa düşür ki, Qarabağ Azərbaycanındırsa, sülhməramlılar oradan çıxarılacaq" - İşxanyan

"Rusiya çox gözəl anlayır ki, Qarabağ Azərbaycanındırsa, sülhməramlılar Qarabağdan çıxarılacaq".
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyan erməni mediasına müsahibəsində bildirib.
"Rusiya çox gözəl anlayır ki, Qarabağ Azərbaycanın bir hissəsi olarsa, o zaman növbəti addım Rusiya sülhməramlılarının Qarabağdan və Rusiya hərbi bazasının Ermənistandan çıxarılması olacaq. Bu da Rusiyanın regiondan kənarda qalması demək olacaq. 
Sergey Lavrov dünən bir daha eyham vurdu ki, Qarabağ məsələsini gələcəyə buraxmaq lazımdır və sülh müqaviləsinin Qarabağ məsələsi ilə heç bir əlaqəsi olmamalıdır.
Lakin Lavrovun nöqteyi-nəzəri Ermənistan hakimiyyətinin nöqteyi-nəzəri ilə ziddiyyət təşkil edir. Çünki onlar Qarabağı Azərbaycanın bir hissəsi hesab edirlər. Rusiyanın siyasəti isə onların ermənipərəst siyasətindən deyil, öz maraqlarından irəli gəlir. Ermənistan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində qalması üçün hər şeyi edir", – deyə İşxanyan bildirib.
Onun fikrincə, Ruben Vardanyan Rusiyanın göstərişi ilə Qarabağın "dövlət naziri" təyin edilib. Lakin Lavrov onun artıq Rusiya Federasiyasının vətəndaşı olmadığını qeyd edərək, bu şübhələri aradan qaldırmağa çalışıb.
"Azərbaycan açıq şəkildə göstərdi ki, Ruben Vardanyanın Qarabağın "dövlət naziri" vəzifəsinə təyin edilməsi onun üçün qəbuledilməzdir. Moskva diplomatik davranaraq Vardanyanın artıq Rusiya vətəndaşı olmadığını bəyan edib.
Buradan belə nəticəyə gəlmək olar ki, Vardanyanın bu vəzifəyə təyinatı Rusiya hakimiyyəti ilə razılaşdırılıb. Amma eyni zamanda Moskva göstərməyə çalışır ki, bu suala o cavab verməli deyil", – İşxanyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hər şeyi planlaşdırıb.
"Bütün bu hərəkətlər, görüşdə iştirak etməmək, Rusiya əleyhinə bəyanatlar yəqin ki, Azərbaycan hakimiyyəti ilə razılaşdırılıb.
Rusiya sülhməramlıları gedəndən sonra Qarabağ Azərbaycanın tərkibində qalacaq, Ermənistandakı anklavlar isə Bakıya veriləcək. Üstəlik, bundan sonra Azərbaycana dəhliz, yəni Zəngəzur veriləcək.
Bu məsələdə Türkiyədən birmənalı dəstək var və bir çox Qərb dövlətləri sözügedən prosesi dəstəkləyir. Rusiya isə bu prosesi mükəmməl başa düşür", – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 25 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler şou biznes xəbərləri en son xeberleri xeber az