Rusiya Moldova məhsullarının idxalına qadağa tətbiq etdi
Rosselxoznadzor dekabrın 4-dən Moldovanın bəzi regionlarından bitkiçilik məhsullarının idxalına qadağa tətbiq edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə idarənin yaydığı bəyantda bildirilir.
Qeyd edilir ki, qadağanın tətbiqinə səbəb tərəvəz və meyvələrdə karantin obyektlərinin sistematik şəkildə aşkarlanması hallarıdır ki, bu da Rusiyanın kənd təsərrüfatı istehsalına çox milyard dollarlıq ziyan vura bilər.
Bundan əlavə Moldovanın çirklənmiş məhsulların tədarükünün qarşısını almaq üçün heç bir tədbir görməməsi də bəyantda vurğulanır.
Eyni zamanda, Moldova Qida Təhlükəsizliyi Agentliyi (ANSA) Rusiyanın bu qərarını tənqid edib.
"Rusiyanın son qərarı əsassızdır və Moldova istehsalçılarına zərər verir. Bundan əlavə, bu, beynəlxalq fitosanitar prinsiplərinə ziddir və real arqumentlərə əsaslanmır", – ANSA bildirib.
"Moldova meyvə və tərəvəzləri dünyanın 80-dən çox ölkəsinə ixrac edilir, bu il Avropa ölkələrinə gavalı və alma ixracının həcmi iki dəfə artıb. Rusiyadan başqa heç bir ölkədən qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb", – agentlik vurğulayıb.
Ariz Həsənoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı