Rusiyadan Özbəkistana uçan 4 təyyarə əlverişsiz hava səbəbindən başqa şəhərlərə eniş edib
Moskva, Sankt-Peterburq, Yekaterinburq və Ufadan Özbəkistanın Nəvai, Tirmiz və Namanqan şəhərlərinə uçan təyyarələr təyinat məntəqələrində duman olduğundan başqa hava limanlarına yönləndirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Yollarının mətbuat xidməti məlumat yayıb. Aydın olub ki, "Uzbekistan Airways"in Vnukovo-Buxara və "Red Wings Airlines"-ın Yekaterinburq-Buxara reysləri Nəvai hava limanına enib. Sərnişinlərə yerüstü nəqliyyat vasitəsi ilə son mənzillərə çatdırılacağı vəd edilib. Özbəkistan Hava Yollarına məxsus Sankt-Peterburq-Termez reysini həyata keçirən təyyarə Səmərqənddə, Ufa-Namanqan reysini icra edən hava gəmisi isə Daşkətdə eniş edib. Yeri gəlmişkən, daha əvvəl bildirilmişdi ki , Kamçatkada təyyarə yanğın sensorlarının işə düşməsi səbəbindən geri qayıdıb. Sonradan məlum olub ki, həyəcan siqnalı yalan imiş.
Vəli Həsənoğlu,
KONKRET.az

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni