Rusiyalı müğənni canını yanğından güclə xilas etdi
Rus müğənni Aleksey Vorobyov 2021-ci ildə aldığı Los-Ancelesdəki dəbdəbəli villasından təxliyə olunub.
KONKRET.az xəbər verir ki, sənətçi bu barədə özünün "Facebook" hesabında yazıb. Vorobyov son ana qədər evdən çıxmaq istəməyib. O, evinin ətrafına süni kanal çəkdiyini bildirsə də, yenə bədbin danışıb. Müğənni etiraf edib ki, bu, çətin ki, onun evini yanğından xilas etsin. "Ətrafı bürüyən dəhşətli yanğın səbəbindən evimizdən çıxmaq məcburiyyətində qaldıq. Nə yaxşı ki, itim Motsartı vaxtında götürə bildim". Xatırladaq ki, Kaliforniyada meşə yanğınları səbəbindən yüzlərlə ev məhv olub. CNN xəbər verir ki, yanğının sahəsi 64 min kvadratmetrə çatıb. Xeyli sayda məşhur insanın evinə ziyan dəyib. Onların arasında Entoni Hopkins, Con Qudman, Paris Hilton, Adam Brodi və Ben Afflek də var. Malibuda Co Baydenin oğlunun 4 milyon dollarlıq malikanəsi yanıb .
Vəli Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var