Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu deyilən sabiq nazir danışdı

Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu deyilən sabiq nazir danışdı"Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar".
KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, bu ittihamın heç bir əsası yoxdur:
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç bir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!".
Qeyd edək ki, "Qafqazinfo" fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü "boz kardinal" statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

Siyasi       Tarix: 11 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri Preziden

Yekun bəyanat qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ba

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

1000 nəfərin müəmmalı taleyi – Paşinyan Azərbaycana üz tutdu

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb. xəbər verir ki, Paşinyan bu barəd

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri bu gunun xeberleri haqqinda melumat ən son xəbər xeber saytlari