Saat 12:00-dək Mətbuat Şurasının 'qaynar xətti'nə şikayət daxil olmayıb

Saat 12:00-dək Mətbuat Şurasının 'qaynar xətti'nə şikayət daxil olmayıbSaat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng daxil olmayıb. Secki-2024.az saytı xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Bildirilib ki, Mətbuat Şurasının "qaynar xətt" rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, "qaynar xətt" rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxt və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində "qaynar xətt"in fəaliyyəti və Şuranın İdarə Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək. / azxeber.com

Siyasi       Tarix: 07 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistanın Konstitusiyası dəyişir: Paşinyan referendumla bağlı əminliyini bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Mill

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Qarakənd faciəsindən 35 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdü

Yekun bəyanat qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ba

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler bu gunun xeberleri en son xəbərlər bugün