"Sabah" mərhələni keçəcək? - Yüksək vəzifəlilər və tanınmışlar nə deyir?

Bakıda bu gün futbolun nəbzi daha sürətli döyünəcək. UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah" doğma meydanda İsrailin "Hapoel" (Beer-Şeva) komandasını qəbul edəcək. İlk oyunda qeydə alınan nəticədən sonra bütün diqqətlər cavab qarşılaşmasına yönəlib. Bakı təmsilçisi bu dəfə azarkeşlərinin önündə daha inamlı oyun nümayiş etdirərək mərhələni adlamaq üçün mübarizə aparacaq.
Həlledici qarşılaşma ərəfəsində isə təkcə futbol ictimaiyyətinin deyil, müxtəlif sahələrdə tanınmış şəxslərin də "Sabah"dan gözləntiləri böyükdür.
KONKRET.azxəbər verir ki, Manset.az komandanın şansları, qarşılaşmanın əhəmiyyəti və mümkün nəticə ilə bağlı ictimai, siyasi və idman sahəsində tanınmış şəxslərin fikirlərini öyrənib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, olimpiya çempionu Fərid Mansurov:
" "Sabah" futbol klubuna uğurlar arzulayıram. İnanıram ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələcək. Bir fakt var ki, indiyə qədər beynəlxalq arenada böyük uğurları "Qarabağ" futbol klubu qazanırdı. Çox sevindirici haldır ki, "Sabah" da bu sıralara qoşulub. "Sabah" klubuna böyük uğurlar arzulayıram, inanıram ki, qələbə qazanaraq növbəti turlara vəsiqə qazanacaq və bizi sevindirəcək. Bu uğurlar bir idman adamı kimi məni çox sevindirir".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:
"Açığı "Sabah"ın oyununu izlədim və bu oyun çox xoşuma gəldi. Hesab edirəm ki, "Sabah" sadəcə beynəlxalq təcrübənin azlığına görə məğlub oldu. Oyunçuların beynəlxalq təcrübəsi yox idi və onlar hesabı aşsalar da, onu qoruya bilmədilər, bir çox fürsətləri dəyərləndirə bilmədilər. İndi isə Bakıda tamaşaçıların da dəstəyi ilə hesab edirəm ki, "Sabah" çox ciddi uğur qazana bilər. Komandanın turu keçəcəyinə əminəm. Düşünürəm ki, burada hər hansısa bir sürpriz olmamalıdır. "Sabah"ın buna kifayət qədər imkanları və potensialı var, sistemli oynamağı da bacarır. Buna görə də uğur qazanması mümkün olacaq".
" "Sabah" güclü komandadır, güclü oyunçuları var. Sadəcə "Sabah"da sanki qəribə bir problem var, birdən-birə ruhdan düşürlər. Əminəm ki, "Sabah" da. "Qarabağ " da qarşıdakı oyunlarda qalib gələcəklər. İnanıram ki, "Sabah" da mərhələni adlayaraq "Qarabağ" kimi dünyanın ən böyük klublarının Azərbaycana gəlməsinə vəsilə olacaq".
Əməkdar artist Vasif Məhərrəmli:
""Sabah" ötən oyunda da qalib ola bilərdi amma 2-ci hissədə müəyyən qədər axsaqlıqlar oldu. Ya oyunçuların fiziki gücü yetmədi, ya da dəyişikliklər özünü doğrultmadı… Amma bu gün yüz faiz yox, milyon faiz "Sabah" qalibdir. Çünki "Sabah" birbaşa "Hapoel"dən üstün komandadır. Qələbəyə heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, oyun 2:0 və ya 3:1 "Sabah"ın xeyrinə yekunlaşa bilər".
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.com-un baş redaktoru Hacıbəy Heydərli:
"Bu gün "Sabah" futbol klubu tarixinin ən önəmli oyununa çıxır. Düşünürəm ki, "Sabah" bu mərhələyə qədər həqiqətən də çox möhtəşəm bir futbol sərgiləyib. Çempionlar Liqasının pley-off mərhələsində vəsiqə qazanmaqla, demək olar ki, ən böyük uğuru artıq qazanıb. Eyni zamanda Avropa Liqasının qrup mərhələsini də təmin edib. Bugünkü oyunda "Sabah"ın üzərində çox böyük təzyiq olmayacaq çünki komanda artıq qarşısına qoyulan məqsədlərin hər birinə çatıb. Çox tarixi bir şansdır, tarixi oyundur, düşünürəm ki, "Sabah" uğurlu nəticə qazanmaq potensialına malikdir. Amma nəzərə almaq lazımdır ki, rəqib komanda da çox güclü komandadır. Ümumiyyətlə, İsrail klubları bu il Avropa Liqalarında çox uğurlu çıxış edir. Bu baxımdan da "Sabah"a inansaq da, düşünürəm ki, hesab bərabərə qalacaq, 1:1 olacaq və təəssüflər olsun ki, "Sabah" mərhələni Çempionlar Liqasında yox, Avropa Liqasında davam etdirəcək".
Manşet.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev:
" "Sabah" hazırda ölkəmizin futbol dünyasında yeni rəqabət mühiti yaradır. Bu baxımdan çox önəmli komandadır, çox gözəl oyunçuları var. Mən inanıram ki, "Sabah" bu gün rəqibini məğlub edəcək və Çempionlar Liqasının növbəti mərhələsinə yüksələcək. Əgər bu baş verəcəksə, ölkəmizin futbol tarixində mühüm addım olacaq. "Sabah"ın bugünkü uğuru ona eyni zamanda yeni fanatlar qazandıra bilər. Bu baxımdan bugünkü oyunu çox əhəmiyyəli hesab edirəm və inanıram ki, "Sabah" ən azı 2 top fərqi ilə qalib gələcək".

İdman       Tarix: 25 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar valyuta mezennesi ən son xəbərlər bugün en son xəbərlər bugün