Şad xəbər: Bu şəxslər hər ay 200 manat alacaqlar
Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb olub. Bu artımlardan biri də peşə təhsili alan tələbələrə verilən təqaüdlərlə bağlıdır.
Mövcud qanunvericiliyə əsasən, peşə təhsili alan tələbələrə ödənilən təqaüdün məbləği minimum əməkhaqqının 50 faizi həcmində müəyyən edilir.
Əvvəllər minimum əməkhaqqı 345 manat olduğu üçün bu təqaüdün məbləği 172,5 manat təşkil edirdi. Lakin 2024-cü ildə minimum əməkhaqqının 400 manata yüksəldilməsi ilə bu göstərici də artıb.
Beləliklə, peşə təhsili alan tələbələrə artıq 200 manat məbləğində aylıq təqaüd ödənilir ki, bu da əvvəlki məbləğlə müqayisədə 14 faiz artım deməkdir.
Təqaüdlərin artırılması peşə təhsilinə marağın yüksəlməsinə, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsilə daha çox fokuslanmasına töhfə verəcək. Bu addım eyni zamanda ölkədə peşə təhsilinin inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə ixtisaslı kadrların yetişdirilməsinə müsbət təsir göstərəcək.
Bundan əlavə, digər təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti mart ayının ikinci yarısında müvafiq təklifləri təqdim edəcək. Gözlənilir ki, bu təkliflər digər sosial kateqoriyalara aid edilən təqaüd və müavinətlərin də artırılmasını nəzərdə tutacaq.
Dövlətin həyata keçirdiyi bu sosial dəstək tədbirləri vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib və növbəti dövrlərdə bu istiqamətdə daha geniş addımların atılması gözlənilir. (Baku.ws) / azxeber.com

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
Arsen Venger FIFA prezidenti ola bilər
İllik 26 milyon avro maaşdan imtina edir
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər