Sadıqov: İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik
İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik.
KONKRET.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "DAK 1904″lə cavab matçı öncəsi mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis sabah çətin görüşə çıxacaqlarını bildirib:
"Sabah bizi olduqca vacib matç gözləyir. "DAK-1904″ kollektivi ev oyunlarında çox güclü təsir bağışlayır. Hər ev görüşlərində onları böyük azarkeş kütləsi dəstəkləyir. İlk qarşılaşmada qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Rəqib komanda ilk dəqiqələrdən təzyiq göstərəcək və bu fərqi aradan qaldırmağa çalışacaq. Biz də öz növbəmizdə çalışacağıq mərhələni adlayan tərəf olaq. İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik".
Qeyd edək ki, Slovakiyadakı "DAK-1904" – "Zirə" görüşü sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bakıda keçirilən ilk matç "qartallar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu