Safranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏ

Azxeber.com-un müsahibi Türkiyənin Safranbolu Bələdiyyəsinin Başqanı, məşhur memar Elif Köşədir. 
- Türkiyənin ən əhəmiyyətli turistik və tarixi şəhərlərindən biri olan, eyni zamanda YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilən Safranbolu şəhərinin memarı və qadın bələdiyyə sədrisiniz. Öncə şəhərin idarə olunmasında memar olmağın əhəmiyyətindən danışa bilərsinizmi?
- Şəhərin idarə olunmasında memar olmağın böyük əhəmiyyəti var. Düşünürəm ki, hər bir "mer" memar və ya mühəndis olmalıdır. Bu, şəhər quruluşunda çox vacibdir. Şəhərlərin uzunmüddətli planlaşdırılması lazımdır. Bunun üçün sədr və komanda gələcəyi görməyi bacarmalıdır. Rəhbərliyə gəldiyimiz gündən şəhərimizin inkişafı üçün infrastruktur işlərindən tutmuş inkişaf etməkdə olan dünyanın ehtiyaclarına qədər, mədəni irsimizin, tarixi Safranbolunun teksturasının qorunub saxlanmasına qədər bir çox sahədə xidmət göstərməkdən xoşbəxtlik hissi duyuruq.
- Qadının siyasətdəki yeri haqqında nə deyə bilərsiniz?
- Qadınlar həyatın bütün sahələrində aktiv olmalıdırlar. Siyasətdə də belə olmalıdır. Düşünürəm ki, bələdiyyə başçıları daha çox qadın olmalı və bu işə qadın əli toxunmalıdır. Hər şəhərin öz mədəniyyəti, öz təcrübəsi var. Uşağı dünyaya gətirməkdə, böyütməkdə, gələcəyə hazırlamaqda böyük fədakarlıq göstərdiyimiz kimi, biz qadınlar yaşadığımız ərazinin, şəhərin gələcəyini də düşünməliyik. Türkiyədə belə bir deyim var: "Yuvanı dişi quş qurar". Bu gün evimiz məhəlləmizə, şəhərlərimizə çevrilib. Buna görə də davamlı və inkişaf edən şəhərlər və cəmiyyət üçün daha çox qadının siyasətdə iştirak etməsi gələcəyimiz üçün çox vacibdir. Qadınlar həyatın bütün sahələrində öz zəhməti ilə iştirak etdikcə dünya daha da gözəlləşəcək.
Safranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏ- Azərbaycan qadınlarına nə demək istərdiniz?
Qardaş ölkəmiz Azərbaycan qadınlarını iş dünyasından siyasətin bütün sahələrində görmək istərdim. Qürurla izlədiyim qadınlarınız və dəyərləriniz var. Dünyada artıq məsafə anlayışı yoxdur. Hər yer bir klik uzaqlıqdadır. Bir-birimizi daha asan və daha tez tanıya bilərik. Bunu da qeyd etmək istərdim ki, mənim qapım, qapımız və şəhərimiz bütün Azərbaycan vətəndaşlarımızın, gənclərimizin üzünə açıqdır. İstədikləri zaman həm sosial şəbəkədə, həm də bələdiyyəmizin əlaqə səhifəsindən mənimlə asanlıqla əlaqə saxlaya bilərlər. Görəcəyimiz çox iş var, indi istehsal vaxtıdır.
- Heç Azərbaycanda olmusunuz? Gəlməyi düşünürsünüzmü?
- Mən hələ Azərbaycana gəlməmişəm. Bəli, pandemiya baş verməsəydi, belə bir planımız var idi. Biz təxirə salmalı olduq. Bizim tanıdığımız azərbaycanlı dostlarımız var, onlar çox mehriban və səmimidirlər. Onların istiliyinə, səmimiliyinə. qonaqpərvərvliyinə heyranam. Azərbaycan həm də sənətə möhtəşəm dəyər verən və inkişaf etmiş bir ölkədir. Azərbaycan, xüsusilə, opera, musiqi və rəqs baxımından qürurla izlədiyimiz bir ölkədir. Bilirsiniz, dünya şöhrətli Diva kimi tanınan opera müğənnimiz Leyla Gencer buralıdır. Onun xatirəsini hər il yad etmək üçün gələn ildən başlayacağımız Beynəlxalq Safranbolu Opera və Balet Festivallarımız olacaq. Çox istərdik ki, Azərbaycanın dəyərli sənətkarlarını burada, şəhərimizdə bu işdə qonaq edək.
- Bakıda ən çox haraları görmək istərdiniz?
Gələndə Bakıda Müasir İncəsənət Muzeyini, YUNESKO-nun Ümumdünya İrs siyahısına düşən İçərişəhəri, İpək Yolu üzərində olduğu Şəkini görmək istərdim. Təbii ki, bununla bağlı dəyərli fikirlərinizi almaq istərdim. Siz bizim bələdçimizsiniz. Gözəl Azərbaycanda görməli o qədər yerlər var ki. Yeri gəlmişkən, mən sizin gözəl musiqinizi və əsərlərinizi dinləmək və izləmək istərdim.
- Azərbaycan və Türkiyə münasibətlərində turizmi necə görürsünüz?
- Biz dost və qardaş ölkəyik. Buna görə də Türkiyə azərbaycanlı qardaşlarımızın ən çox səfər etdiyi ölkədir. Şəhərimiz Uzaq Şərq turistlərinin diqqətini çəksə də, azərbaycanlı qardaşlarımızı Safranboluya dəvət edirik. Əslində biz bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ilə araşdırma aparmağı planlaşdırırıq. Onları bura dəvət edəcəyik ki, şəhərimizdə qonaq olsunlar və mədəniyyət və turizm adına iki ölkə arasında nələr edə biləcəyimizi danışıb planlaşdıraq.
Safranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏ- Bu dəvətə hansı mövzular daxil ediləcək?
- Azərbaycanda bir şəhərlə qardaş bələdiyyə ola bilərik. Qarşılıqlı turizm baxımından bunun həm ölkəyə, həm də şəhərə töhvə verəcəyini düşünürəm. Turizmlə yanaşı, incəsənət və mədəniyyət anlamında da birgə işlərə başlamağı hədəfləyirəm. Bir tərəfdən şəhərimizdəki universitetdə azərbaycanlı tələbələrimizlə dizayn və memarlıq sahəsində layihələr hazırlamaq fikrimiz var. YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilmiş şəhərimizin memarlıq sahəsində beynəlxalq miqyasda aparılan işlərdə Azərbaycandan olan tələbələrimiz də iştirak etməlidir.
Bundan əlavə, yerli istehsalçılarımızın məhsulları üçün həm şəhərlər, həm də ölkələr arasında kommersiya araşdırmasına başlamaq fikrimiz var.
- Sizcə, Safranbolunu bu qədər əhəmiyyətli edən xüsusiyyətlər hansılardır?
- Safranbolunun ən böyük xüsusiyyəti onun "Qoruma və Proteksionizm Paytaxtı" olmasıdır. YUNESKO-nun Ümumdünya İrs Siyahısına düşmək və onu qorumaq, izləmək və gələcək nəsillərə ötürə bilmək onun ən böyük xüsusiyyəti və ən böyük məqsədimizdir.
Safranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏ- Beynəlxalq tədbirlərin (festivallar, konqreslər və s.) mədəniyyət iqtisadiyyatında yeri necədir? Bu cəhətdən Safranboluda hansı tədbirlər təşkil olunur?
- Beynəlxalq tədbirlər həmişə önəmlidir. Bu mənada hər il Beynəlxalq Qızıl Zəfəran Sənədli Filmlər Festivalı və Zəfəran Məhsulu Festivalı keçirilir. Bundan əlavə, bu yaxınlarda sizə adlarını çəkdiyim operanın divası Leyla Gencerin şərəfinə başlayacağımız "Beynəlxalq Safranbolu Opera və İncəsənət Festivalı" və "Türk Qəhvəsi və Türk Lokumu" festivalına hazırlıqlar davam edir.
- Safranbolu Bələdiyyə Başçısı kimi 44 günlük vətən müharibəmizdən sonra Azərbaycan və Türkiyə arasında dostluğa münasibətiniz necədir?
- Siz əla mübarizə apardınız. 44 gündə haqq-ədalət yerini tapdı. Bir ürək olduq. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi, "Yurtda sülh, dünyada sülh!". Ümid edirəm ki, bu döyüşlər, müharibələr bir daha olmayacaq və xalqımız əmin-amanlıq içində yaşayacaq. Bütün gücümüzü təhsildən tutmuş sənayeyə qədər bütün sahələrdə təkmilləşməyə, inkişafa sərf edəcəyik.
Azxeber.com
Safranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏSafranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏSafranbolu Bələdiyyə başqanı: 44 gündə haqq-ədalət öz yerini tapdı - ÖZƏL MÜSAHİBƏ

Siyasi       Tarix: 12 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari xəbərlər.com cəbhədən xəbərlər cəbhədən son vəziyyət