Şahbaz Şərif də atəşkəsin pozulduğunu təsdiqlədi
"Münaqişə bölgəsində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılıb".
KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif özünün "X" hesabında paylaşım edib.
Baş nazir tərəfləri əldə olunmuş 14 günlük sülh fürsətini qorumağa çağırıb:
"Münaqişə zonası boyu bir neçə yerdə atəşkəsin pozulması halları barədə məlumatlar daxil olub ki, bu da sülh prosesinin ruhunu zədələyir. Bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə hörmət etməyə səmimiyyətlə çağırıram ki, diplomatiya münaqişənin dinc yolla həllində aparıcı rol oynaya bilsin".
Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə əldə olunan ikihəftəlik müddət regionda gərginliyin azaldılması və tərəflərin danışıqlar masasına qayıtması üçün kritik dövr hesab olunur.
Xatırladaq ki, bir müddət əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.qafqazinfo.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi