Sahib Alıyev: "Erməni hərbçiləri ABŞ-yə PKK-YPG və elə İŞİD-in özü kimi lazımdır"

Sahib Alıyev: "Dünənki anlaşmaya görə Yaxın Şərqdə ABŞ-nin İŞİD-ə qarşı koalisiyasında yer alacaq. Başqa sözlə desək, bir vaxt Rusiya hərbi kontingentinin tərkibində Suriyada Bəşər Əsəd rejimini qoruyan erməni hərbçiləri indi Sem dayının qanadları altında PKK-YPG ilə birgə guya digər bir terror qruplaşmasına qarşı vuruşacaqlar".
KONKRET.az xəbər verir ki, bunu deputat Sahib Alıyev özünün "Facebook" səhifəsində yazıb:
"Əlbəttə, ilk baxışda belə bir təəssürat yaranır ki, ABŞ bizdə kobud bir məsəldə deyildiyi kimi bu yolla nəyi nə iləsə çıxarır. Yəni terror ənənəsi olanlar və hətta özünün də terrorçu qruplaşma kimi tanıdığı PKK ilə birgə İŞİD-i zərərsizləşdirmək istəyir. Ancaq İŞİD-in kimin yetirməsi olduğu da, hansı ölkənin generalının onun ilk lideri Əl-Bağdadini İraq həbsxanasından buraxdırdığı da axı heç kimə sirr deyil. Ona görə də ABŞ-nin məqsədi İŞİD-i yox etmək ola bilməz. Onun məqsədi terror ənənəsi olanları, terrorçu qruplaşmaları bir-birilərinə qarşı qoymaqla və digərlərinə saldırarq özü üçün əhəmiyyətli saydığı bölgələrdə idarəolunan xaos yaratmaq, strateji rəqib gözündə gördüyü dövlətləri, indiki halda Türkiyəni kontrol altında saxlamaq, zəiflətməyə çalışmaqdır. Yəni erməni hərbçiləri PKK-YPG və elə İŞİD-in özü kimi ABŞ-yə bunun üçün lazımdır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 16 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Məğlubiyyət dövründən zəfərə və yeni milli hədəflərə doğru

"Yeni Azərbaycan Partiyasının 34 illik tarixi ölkəmizin müstəqillik dövründə keçdiyi böyük siyasi yolun ayrılmaz bir parçası, mühüm salnaməsidir. 1992-ci ilin noyabrında Naxçıvanda yaradılan təşkilat qısa bir vaxtda-cəm

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib. -un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib. Görüş zamanı tərəflər Azərbaycan-Estoniy

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan və Vyetnam arasındakı əməkdaşlıq yeni sahələrdə iş birliyini özündə ehtiva edir. xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsm


son xeberler yeni xeberler azerbaycan xeberleri hava haqqinda cəbhədən son məlumat cebheden xeberler en sonxeber