Şahmat üzrə DÇ-yə bu gün yekun vurulacaq
Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, sonuncu yarış günündə blits növündə qaliblər müəyyənləşəcək.
Kişilərin mübarizəsində son 9 tur, qadınlarda 8 qarşılaşma baş tutacaq.
Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.
İlk 12 turdan sonra azərbaycanlı kişi şahmatçılar arasında ən yaxşı nəticə göstərən Şəhriyar Məmmədyarovdur. Qrossmeysterimiz topladığı 8 xalla əlavə əmsallara görə, 16-cı sırada qərarlaşıb. 7.5 xal toplamış Rauf Məmmədov və Vüqar Əsədli uyğun olaraq 30 və 31-ci sıradadırlar. Vasif Durarbəyli 7 xalla 44-cü, Aydın Süleymanlı 6.5 xalla 69-cu, Məhəmməd Muradlı 6 xalla 85-ci, Abdulla Qədimbəyli isə 4.5 xalla 148-ci sıradadır.
Qadınların yarışında isə 9 oyundan sonra 6 xal toplamış iki qrossmeyster – Ülviyyə Fətəliyeva 14, Günay Məmmədzadə isə 15-ci sırada qərarlaşıb. Gövhər Beydullayeva 4.5 xalla 48-ci, Gülnar Məmmədova 4 xalla 67-ci, eyni xala malik Xanım Balacayeva əlavə əmsalları görə 70-ci, 3.5 xallı Ləman Hacıyeva isə 77-cidir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA