Şahmatçımız erməni ilə qarşılaşacaq

Şahmatçımız erməni ilə qarşılaşacaqBu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.
Publika.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək. Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə mübarizə baş tutacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk gündə kişilərdə 5, qadınlarda 4 tur oynanılacaq.
Artıq yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək zəka sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov polşalı Pavel Çarnota, Rauf Məmmədov hindistanlı Harşa Bharatakoti, Vasif Durarbəyli fransalı Maksim Vaşye-Laqrav, Vüqar Əsədli niderlandlı Yorden van Forest, Məhəmməd Muradlı macarıstanlı Adam Kozak, Aydın Süleymanlı serbiyalı Aleksandar İnciç, Xəzər Babazadə isə rusiyalı Mixail Kobaliya ilə qarşılaşacaq.
Qadınlardan Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva, müvafiq olaraq, Rusiya şahmatçıları Valentina Qunina, Olqa Girya və Leya Garifullinanı, Gülnar Məmmədova norveçli Olqa Doljikovanı, Türkan Məmmədyarova isə Niderlandı təmsil erməni qrossmeyster Anna-Mayya Kazaryanı sınağa çəkəcək.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1 000 0000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq.

İdman       Tarix: 26 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək. F. Lütfəliyev

DÇ-nin bürünc və qızıl medal uğrunda son iki oyunu

Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi turnirdə bu gün üçüncü yerin sahibi bəlli olacaq. xəbər verir ki, həlledici görüşdə İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) – "Qarabağ" görüşü baş tutub. . KONKRET.azxəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağda

DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq. bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxt

"Barselona" yeni hücumçu aldı

"Barselona" Almaniyanın "Borussiya Dortmund" klubundan hücumçu Kərim Adeyemini transfer edib. xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, 24 yaşlı futbolç

Fransa millisi Zidana tapşırıldı

Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib. -a istinadən xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Roman

UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır

"Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır. bildirir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək

DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı

İyulun 19-da keçiriləcək dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq həlledici qarşılaşmaya biletlərə böyük tələba

"Qarabağ"ın biletləri satışa çıxarılır - Bu gün

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" -"CSKA Sofia" qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq. klubun məlumatına istinadən xəbər verir ki, saat 15:00-da


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bu gun xabar az az xeber apa.az xeberler