Şahruddin və Elvin bir daha milliyə çağırılmayacaq? - Santuşdan açıqlama
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Azərbaycan mətbuatda yayılmış xəbərləri təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
"Bu gün mətbuatda yayılmış iki yalan məlumatla tanış oldum. Həmin şayiələri rədd edərək, media nümayəndələri və futbol ictimaiyyəti üçün bu məsələlərə aydınlıq gətirirəm. Birincisi, milli komandanın toplanışları zamanı futbolçuların fiziki durumu, məşqə və ya oyuna hazır olub-olmamaları ilə bağlı hər gün tibbi heyətdən tibbi arayış alıram. Belarus yığması ilə matç üçün tibbi rəydə hazır olmadığı göstərilən yeganə oyunçu Şahruddin Məhəmmədəliyev olub.
Qapıçımızla aramızda söhbət olub, bundan sonra o, toplanışdan azad edilib və yerinə Əlirza Müştabazadə dəvət olunub. Ümumiyyətlə, məşqçi karyeram ərzində heç vaxt "oynamağa hazır deyil" diaqnozu qoyulan futbolçunu oynatmamışam. Rza Cəfərovun sağlamlıq durumu qaydasında olduğu üçün meydana o çıxıb və çox yaxşı çıxış edib.
İkincisi isə, Azərbaycan millisində olduğum müddətdə Elvin Cəfərquliyev və Şahrudin Məhəmmədəliyevin bir daha milliyə çağırılmayacaqlarını nə vaxtsa rəsmi və ya şifahi olaraq deməmişəm. Bu barədə yayılan məlumat da həqiqəti əks etdirmir və tamamilə yalandır. Əksinə, adlarını sadaladığım futbolçular bilirlər ki, çağırışlar zamanı həmişə onlara arxalanıram. Elvin haqqında yalnız Haiti ilə oyundan sonra mətbuat konfransı zamanı jurnalistin "Futbolçunu cəzalandıracaqsınızmı?", – sualını cavablandırarkən danışmışam. Cavabım isə belə olub: "Səhv etmək insana məxsusdur və buna görə oyunçunu cəzalandırmamalıyıq".
Mən həmişə onlara güvənmişəm və sağlam olduqları müddətdə bunu etməyə davam edəcəyəm", – portuqaliyalı mütəxəssis bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?