Şamil Ayrım: Türkiyə Qarabağın dirçəlişində Azərbaycana dəstək olur və olacaq
Türkiyə Qarabağın dirçəlişində Azərbaycana mütləq dəstək olur və olacaq.
Bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi və antiterror əməliyyatları ilə suverenliyini təmin edə bildi.
"Türkiyə həmişə Azərbaycanın yanındadır. Azad olunmuş ərazilərə gedirik, oradakı dağıntıları görürük. Biz heç zaman bu zülmü yaddan çıxarmırıq və həmişə xatırlayacağıq. Qarabağın dirçəlişində isə Azərbaycana mütləq dəstək oluruq və olacağıq", - Ş.Ayrım vurğulayıb.
O, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə də toxunub. Qeyd edib ki, öz torpaqlarından məcburi şəkildə çıxarılan, qovulan Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ var:
"Bəs dünyanın ədaləti hanı? Qarabağ müharibəsi dövründə Azərbaycan 30 il Minsk qrupu ilə vaxt itirdi. Ermənilər isə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tərəddüd etməməlidirlər. Qərbi azərbaycanlıların məsələsinin bugünkü protokola da salınmasını təklif edirəm".
Ş.Ayrım əlavə edib ki, bu gün Azərbaycan Ermənistana sülh əlini uzadır:
"Bölgənin sabitliyi də bundan keçir. Amma, təəssüflər olsun ki, xalqların xoşbəxt yaşamasına qarşı çıxanlar var. Azərbaycan torpaq istəmir, beynəlxalq hüquqla haqqını tələb edir".
///report
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var