Samir Abasov istefadan imtina etdi - "Neftçi" yolları ayırdı
"Neftçi" baş məşqçi Samir Abasovu istefaya göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
"Bu gün "Neftçi" rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib. Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.
Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib.
Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.
Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, "İmişli" ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.
Samir Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.
Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib.
İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.
Qeyd olunanları nəzərə alaraq, "Neftçi" PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib".
Xatırladaq ki, "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra Samir Abasov haqda istefa xəbərləri yayılmışdı.
Özü isə bu səhər iddialarla bağlı saytımıza belə cavab vermişdi:
"Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam".


Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA