Savaş qapıdadır: 26 oktyabrdan sonra dəngələr tamam dəyişəcək - Kritik gəlişmə

Savaş qapıdadır: 26 oktyabrdan sonra dəngələr tamam dəyişəcək - Kritik gəlişməKONKRET.az xəbər verir ki, Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Azərbaycanla Ermənistan arasında sülh müstəvisində aparılan danışıqlar uzandıqca proses fərqli məcraya yönəlir. Tərəflər arasında yeni hərbi eskalasiyadan danışılır. Bölgə üçün belə bir təhlükə varmı?
– Hərbi eskalasiyanın yaranmasına imkan verə biləcək şərtlər var. Ermənistanda olan revanşıst qüvvələrin basqısı fonunda Rusiyanın regionda maraqlarını hərbi güc vasitəsi ilə təmin etmək cəhdləri mövcuddur. Amma Azərbaycan bu istiqamətdə fərqli yanaşa sərgiləyir. ABŞ-ın Zəngəzur dəhlizi üzərində fokslanması, sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərdə göstərilən yumşaqlıq Cənubi Qafqaza sülhün gəlməsi üçün əsas elementlərdən biridir. Bu istiqamətdə Ermənistan daxili qanunlarını və konstitusiyasını, Azərbaycan ərazisinə iddia edən hüquqi aktları aradan qaldırmaqla bağlı öhdəlik götürsə, sülh müqaviləsi imzalana bilər.
– Cənubi Qafqazda qalıcı sülhün təminatı üçün əsas meyarlar və şərtlər nədən ibarətdir?
– Rusiya-Ukrayna cəbhəsində vəziyət qəlizləşdikcə Cənubi Qafqazda bir qədər yumşalma siyasəti gerçəkləşə bilər. İndiki halda bütün baxışlar Gürcüstan üzərinə cəmlənir. Bu ilin 26 oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələri Rusiyanın Cənubi Qafqazda olub-olmaması sualına aydınlıq gətirəcək.
– Gürcüstandakı seçimlərin nəticəsi hansı halda bölgədə formalaşacaq proseslərə təsir edə bilər?
– Gürcüstanda parlament seçkilərində Bdzina İvanişvili (sabiq baş nazir) blokunun məğlub olması nəticədə bu ölkənin tamamilə fərqli istiqamətə üz tutacağının göstəricisidir. Ermənistan və Gürcüstan Cənubi Qafqazda Rusiyanı sıxışdırarsa, Azərbaycanla Rusiya arasındakı münasibətlər də buna görə tənzimlənəcək. Əgər Gürcüstanda qalacaqlarsa, Ermənistana da təzyiqlərini artıracaqlar. Bu zaman Azərbaycan da Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən razılaşmalara gedə biləcək.
– Zəngəzur dəhlizi ətrafında baş verənlər bu konteksdə nə dərəcədə təsirli görünür?
– Dəhliz məsələsi ancaq Rusiya üçün aktualdır. Rəsmi Moskva 10 noyabr 2020-ci ildəki üçtərəfli razılaşmaya istinad etmək istəyir. Amma bu razılaşmanın hüquqi bir əsası yoxdur. Bu bəyanat vaxtından əvvəl bitmiş bir sazişdir. Sadəcə olaraq Rusiya çalışır ki, 2025-ci ilə qədər qüvvəsi olan bu sazişin dönəmində nələrsə, edə bilsin.
– Azərbaycanın bu məsələdə mövqeyi necədir?
– Rəsmi Bakı buna müqavimət göstərmir. Bu əslində doğru yanaşmadır. Ermənistan isə üçtərəfli razılaşmaının müddəalarının yerinə yetirilməməsini, qüvvədən düşməsini istəyir. Azərbaycan kommunikasiyaların açılması istiqamətində sülh danışıqları aparılarsa digər məsələlər də həllini tapa bilərş. Zəngəzur dəhlizi isə indiki mərhələnin məsələsi deyil. Ona görə də, hazırkı savaş Rusiya ilə Ermənistan arasında gedəcək. Bu da Ukraynadakı və Gürcüstandakı vəziyyətdən asılıdır.
– Vaşinqtonun bölgə ilə, xüsusən də Zəngəzurla bağlı əsas niyyəti nədir?
– Amerika Orta Dəhliz layihəsini reallaşdırmaq istəyir. Niyyəti odur ki, bu dəhlizə nəzarətdə Rusiyanın əlahiddə imkanları olmasın.
– İranın Zəngəzurda ABŞ və digər qüvvələrin yerləşməsinə susqun yanaşması nə ilə bağlıdır?
– Rəsmi Tehran bu gün real məsələlərdə edə biləcəyi hərəkətlərin hamısını edib. Onun bəyanatdan o tərəfə keçməyən hər hansı addımı olmayacaq. Çünki İranın daha ciddi addımlar atmaq imkanları yoxdur.

Siyasi       Tarix: 30 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib. Onun sözlərinə görə

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral


son xeberler azerbaycan xeberleri yeni xeberler butun xeberler xeberlər son xeberler bugun 2026 muharibe sonxeber.az