Şəbnəm Səfərova: "İki ölkənin QHT-ləri arasında qurulan bu əməkdaşlıq digər ölkələr üçün də örnək ola bilər
"Azərbaycan və Özbəkistan arasındakı tarixi dostluq əlaqələri bu gün yeni bir əməkdaşlıq müstəvisinə qədəm qoyub. İki ölkə arasında Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu istiqamətdə xüsusi əhəmiyyət daşıyan bir platformaya çevrilib"
Bu sözləri azxeber.com-a açıqlamasında Daşkəntdə baş tutan Özbəkistan - Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlığında Forumunda iştirak edən "Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin sədri Şəbnəm Səfərova deyib.
O qeyd edib ki, forum hər iki ölkənin QHT sektoru üçün çox böyük əhəmiyyətə malikdir:
"Mənim üçün bu tədbirdə iştirak etmək və belə bir mühüm prosesin bir parçası olmaq böyük şərəfdir. Bu forum, Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün vacib bir zəmin yaradır. Bizim üçün mühüm olan, iki ölkənin vətəndaş cəmiyyətlərinin daha sıx inteqrasiyası və birgə inkişaf naminə səmərəli əməkdaşlıq yollarının müəyyən edilməsidir.
Azərbaycan və Özbəkistan, beynəlxalq səviyyədə bir-birinin ərazi bütövlüyünü dəstəkləyən, mədəni və tarixi bağlarla möhkəmlənmiş iki dost, qardaş ölkədir".
Şəbnəm Səfərova forum çərçivəsində imzalanan memorandumlar haqda da danışıb:
"Forum çərçivəsində imzalanan Anlaşma Memorandumları isə bu əlaqələri daha da dərinləşdirəcək, sosial müdafiə, gender bərabərliyi, işsizlik və digər aktual sahələrdə birgə fəaliyyətlərin reallaşdırılmasını təmin edəcəkdir. Hesab edirəm ki, bu kimi təşəbbüslər təkcə iki ölkənin inkişafı üçün deyil, həm də regionda sülhün və sabitliyin qorunmasına töhfə verəcəkdir. Azərbaycan və Özbəkistan QHT-ləri arasında qurulan bu əməkdaşlıq modeli, digər ölkələr üçün də örnək ola bilər".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək