Şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Noyabrın 26-da Bakı şəhəri 49 №-li "İntellekt" məktəb-liseydə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri də iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirin əhəmiyyəti haqqında məlumat verildikdən sonra bədii hissəyə yer verilib.
1ç sinif şagirdləri vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndirib. Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqdan, eləcə də şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Həsənova öz çıxışında məktəbin məzunu olmuş şagirdlərinin də şəhid olduğunu vurğulayaraq, onlarla fəxr etdiyini və daim qürür duyduğunu bildirmişdir. 1ç sinif rəhbəri Ceyran İsgəndərova şəhid mayor Vüsal Vəliyevin anası Mədinə xanıma başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.
Qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində onun da iki oğlu döyüşmüşdür. Məktəbin müəllimi Günay Abdullayeva şəhidlərimizin xatirələrinin bundan sonra da əziz tutulacağı bildirmişdir. Məktəbin psixoloqu Aysel Məmmədova bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd edib.
Daha sonra məktəbin 1ç sinifi şəhid mayor Vüsal Vəliyevin adına verilmişdir. Mədinə xanım oğlu şəhid mayor Vüsal Vəliyevin uşaqlığı və döyüş yolu haqqında danışaraq məktəbin rəhbərliyinə və müəllimlərinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Tədbirdən sonra şəhid mayor Vüsal Vəliyevin ailə üzvləri, məktəb rəhbərliyi, müəllimlər və 1ç sinif şagirdləri məktəbin Şəhidlər güşəsini ziyarət etmiş, xatirə şəkilləri çəkilib.






/ azxeber.com

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü