Şəhid xanımının qətlinin dəhşətli təfərrüatı: "Mən burada qalmaq istəmirəm"

Şəhid xanımının qətlinin dəhşətli təfərrüatı: Xızı rayonunda 1984-cü il təvəllüdlü Taleh Qurbanov şəhid qardaşı Saleh Qurbanovun həyat yoldaşı Ləmanı boğaraq öldürməsi faktı üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az xəbər verir ki, Taleh 13 may 2023-cü ildə saat 13 radələrində Giləzi qəsəbəsində olan Zöhrab adlı şəxsə məxsus kafedə spirtli içki qəbul etdikdən sonra özünün yaşadığı evə gəlib.
Saat 17 radələrində o, şəhid qardaşı Saleh Qurbanovun arvadı Ləmanın həmin qəsəbədə Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində atasına məxsus mənzilə gəldiyini eşidib, onunla ailələri arasında olan söz-söhbəti yekunlaşdırmaq üçün həmin mənzilə gəlib.
Orada şəhid qardaşının əşyaları saxlanan otaqda Ləmanla təklikdə söhbət edib. O, Ləmanın öz ata evinə qayıdacağı, hazırkı evdə yaşamaq istəmədiyi və digər sözlərindən sonra yaranmış mübahisə zamanı onu öldürmək məqsədilə son dəfə sağollaşmaq adı ilə ayaq üstə qalxmasını istəyib.
Ləman oturduğu divandan qalxdıqda Taleh sol əli ilə onun boğazından tutaraq sıxıb. Boğmağa gücü çatmadıqda qolunun dirsək hissəsini qadının boğazına keçirib və yenə də möhkəm sıxıb. Ləman aldığı xəsarətdən vəfat edib.
İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.
"Ləman "məni bu evə bağlayan heç nə yoxdur, mən burada qalmaq istəmirəm", – deyərək uşağı da özü ilə aparmaq istəyib.
Hər dəfə atamgilə gedəndə valideynlərimi gözüyaşlı görürdüm. Onlar Salehin uşağı ilə nəfəs alırdılar. Qardaşım şəhid olduqdan sonra hər dəfə işdən çıxanda ata evinə gedərək hal-əhvallarını soruşurdum. Orada çayımı içib qurtarana qədər Ləman hətta ayaqqabımı da təmizləyərdi. Ləman pis insan deyildi. Onu kimsə yolundan döndərdi. Kiminsə yanında Ləmanı öldürəcəyimi deməmişəm.
Hadisədən sonra tanıdığım polis işçisi Eyvaza zəng edərək xəta törətdiyimi, evdə gözlədiyimi bildirdim".
Talehin ifadəsinə görə, qardaşının vəsiyyətini ata-anasına, gəlinə və kimi maraqlandırırsa, onlara deyib:
"Hamımız evin tikilməyinə, birlikdə yaşamağımıza razı olduq. Sonradan nə baş verdiyini bilmirəm. Evi ata-anamın puluna tikəcəyimizi bildirmişik. Qardaşım mənə 1 otaqlı ev tikməyi tapşırmışdı. Amma çantasından başqa evin layihəsi çıxdı.
Öz evimin qabağında 4 otaqlı ev tikməyi planlamışdıq. Mən işləyirdim, əlavə işlər də görürdüm. Həmçinin atam sənətkar adamdır. Pulun hamısı Ləmanın özündə idi. 4 otaqlı evi bəyənmədi, atasının 1 otaqlı mənzilində yaşamaq istədi.
Hadisə zamanı anam da evdə idi. Ona gəlinlə təkbətək söhbət edəcəyimi dedim. Ev 4 otaqlı idi, biz qardaşımın şəkilləri olan otaqda oturmuşduq. Ləman bütün suallara yox cavabı verdi. Onu boğazından sıxdım, divanın üstünə yıxıldı. Əlimi boynuna keçirərək boğdum. Ləmanı öldürmək fikrim yox idi. Belə fikrim olsaydı, 30-40 dəqiqə söhbət etmək əvəzinə, evə girən kimi öldürərdim. Hadisə olandan sonra əlim boşaldı, nəfəs alıb-almadığına baxdım".
Məhkəmə baxışında həm zərərçəkmiş Ləmanın hüquqi varisinin özü, həm də onun nümayəndəsi məhkəməyə vəsatətlə müraciət ediblər. Onlar cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işini təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş ediblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatətini onunla əsaslandırıblar ki, təqsirləndirilən şəxs Ləmanı xuliqanlıq niyyəti ilə öldürüb.
Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmişi nəyə görə öldürməsini izah edə bilməyib, lakin cinayət işinin materiallarından, səsyazılarında zərərçəkmiş şəxsi zorla yanında saxlamaq istəməsi onun hüquqlarının məhdudlaşdırılması kimi müəyyən edilir.
Məhkəmə vəsatəti təmin edib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək cəza gözləyir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə mühakimə olunan şəxs 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(teleqraf.com)

Hadisə       Tarix: 11 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Xaçmazda ev yandı: 90 yaşlı qadının meyiti tapıldı

Xaçmazda evdə baş verən yanğın zamanı 90 yaşlı qadının meyiti aşkarlanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndind

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətənda

Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı

Qaxda yol-nəqliyyat hadisəsi baş verib. -ın -a istinadən məlumatına görə, hadisə Qax rayonunun Qaysarlı kənd ərazisində olub. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Qax rayonunu

Daha bir həkim qəfil vəfat etdi

Gəncədə xəstəxananın şöbə müdiri vəfat edib. -a istinadən xəbər verir ki, Gəncə Psixiatriya Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışmış 1961-ci il təvəllüdlü Rafiq Əliyev dünyasını dəyişib. Onun qəfil öldüyü bildirilir

Keçmiş nazirə ağır itki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. xəbər verir ki, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub

Bakıda baş redaktor həbs edildi - Foto

Bakıda dələduzluqda təqsirləndirilən jurnalist həbs edilib. KONKRET. -a istinadla xəbər verir ki, "Vəkilin səsi" qəzetinin baş redaktoru Camal Bağırzadənin özünü vəkil kimi təqdim edərək vətəndaşlardan pul almas

İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var

İranın İlam əyalətində işçiləri daşıyan avtobusun aşması nəticəsində 5 nəfər həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Fars"a istinadən xəbər verir ki, hadisə Dəşt-e-Abbas şəhərindən Murmur

Türkiyədə zəlzələ oldu

Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13, 61 km dərinlikdə qeyd

Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını il


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər kriminal xeber cəbhədən son xəbərlər 2026 xeber.az bu gun