Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaqBakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı "modern.az"açıqlamasında bu il vəziyyətin gərgin olacağını qeyd edib.
"Dərslərin başlanması hər il olduğu kimi, bu il də tıxac yaradacaq. "Formula-1" yarışlarının da həmin vaxta təsadüf etməsi və üstəlik metrodakı mövcud vəziyyət hardasa öz təsirini göstərəcək. Amma aidiyyəti qurumlar tərəfindən bu son neçə ayda böyük işlər görülüb.
Hazırda 150 yeni avtobus xəttə çıxmaq üçün gözləyir. Yəni, hansı istiqamətdə sıxlıq, tələbat yaranacaqsa, o istiqamətə həmin avtobuslar yönləndiriləcək.
Bu mövzuda əsas yük Dövlət Yol Polisinin üzərinə düşəcək. Onlar da artıq hazırdır. Rəhbərlik tərəfindən müvafiq göstərişlər, təlimatlar verilib. Bütün istiqamətlərdə təhlillər aparılır. Və mən hesab eləyirəm ki, vaxtında və çevik reaksiya nəticəsində çox da ağır bir mənzərənin şahidi olmayacağıq", - o deyib.
Ekspert həmçinin vurğulayıb ki, məhəllədaxili yollardan alternativ yol kimi istifadə oluna bilər:
"Lakin məhəllədaxili yollarda restoranlar, kafelər, avtoyuma məntəqələri, servislər yolları zəbt edir. Bu isə maşın və insanların həmin yollardan istifadəsini çətinləşdirir".

Sosial       Tarix: 05 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes