Sərhəd alov içində, dünya ŞOKDA: Nüvə fəlakətinin QAPISI AÇILIR
Hindistan və Pakistan arasında nəzarət xətti boyunca toqquşmaların artması, regionda genişmiqyaslı müharibə təhlükəsini gündəmə gətirib. Al Jazeera telekanalı istinadən yayılan məlumata görə, bu gün səhər saatlarında qısa fasilədən sonra atəş səsləri və güclü partlayışlar yenidən qeydə alınıb.
KONKRET.az xəbər verir ki, eyni zamanda, Hindistanın Cammu şəhərində – Kəşmir bölgəsinin Hindistana məxsus hissəsində – genişmiqyaslı elektrik kəsintiləri yaşanır. Bu isə vəziyyətin ciddiliyini bir daha nümayiş etdirir.
Gecə saatlarında hadisələr sürətlə inkişaf edib:
Hindistan bir neçə Pakistan PUA-sını və raketini vurduğunu açıqlayıb, həmçinin silahlı şəxslərin sərhədi keçmək cəhdinin qarşısını aldığını bildirib. Ölkənin müxtəlif şəhərlərində, o cümlədən paytaxt Dehlidə fövqəladə vəziyyət rejimi elan olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində təxminən 20 hava limanı bağlanıb və bu məhdudiyyətlərin ən azı mayın 15-nə qədər davam edəcəyi bildirilir.
Bundan əlavə, Hindistanda keçirilən və milyonlarla izləyicisi olan İndian Premier League (İPL) kriket turniri bir həftəlik dayandırılıb.
Hazırda beynəlxalq ictimaiyyət iki nüvə silahına malik ölkə arasında qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən ciddi narahatlıq keçirir. Tərəflərdən hər hansı birinin növbəti hərbi addımı regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər.
Natiq Səlim,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var