Sərhədlərimizdə qlobal müharibə: İrana hücum hazırlığı başladı - DETALLAR

Sərhədlərimizdə qlobal müharibə: İrana hücum hazırlığı başladı - DETALLARSuriyada Əsədin devrilməsindən sonra İran ətrafında halqa daha da daralıb. Tehrana bağlı HƏMAS-ı sıradan çıxaran, daha sonra Livanda "Hizbullah"ı böyük ölçüdə neytrallaşdıran İsrail Əsədin devrilməsi ilə İrana hərbi müdaxilə ssenarisinə daha bir addım yaxınlaşdı. Çünki Suriyada məğlubiyyətlə üzləşən İranın "Hizbullah"la quru əlaqəsinin təhlükəyə düşməsi bölgədə təsir imkanlarını zəiflədir.
KONKRET.azxəbər verir ki, İsrail mediasının gündəmə gətirdiyi iddia baş verənlər fonunda diqqət çəkir.
İddiaya görə, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır. Bu iddia adının açıqlanmasını istəməyən israilli hərbçilərə istinadən irəli sürülüb.
İsrailin hərbi rəsmiləri bildirir ki, İranın nüvə obyektlərinə hücum hazırlığına artıq start verilib. İsrail ordusu "Hizbullah"ın zəifləməsi və Əsədin devrilməsindən sonra Suriya hava müdafiə sistemlərinin əksəriyyətinin sıradan çıxmasını fürsət olaraq görür.
Əsədin devrilməsindən dərhal sonra Suriyaya hücum edən İsrail 48 saat ərzində bu ölkənin hava hücumundan müdafiə sistemlərinin 85 faizini, raket sistemlərinin isə 90 faizini sıradan çıxardı. Bu, İrana hücumda İsrailin önünü açan amildir. Hərçənd, hücumun zamanı bəlli deyil.
İsrail ötən ay İrana hücumu zamanı ABŞ-ın istəyi ilə nüvə obyektlərinə zərbələr endirməkdən çəkindi. Lakin Ağ Evdə Trampın hakimiyyəti başladıqdan sonra bu hücumun reallaşdırılacağı ehtimalları güclüdür. Tramp da İranla müharibəni istisna etməyib.
Baş verənlər Azərbaycan sərhədlərinə yaxın bölgədə qlobal müharibənin başlaya biləcəyi risklərini artırır. Mümkün müharibə ssenarisində Azərbycanın üzləşə biləcəyi əsas problem İrandan qaçqın axını ola bilər./Publika.az

Siyasi       Tarix: 13 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər ən son xəbər cəbhədən son görüntülər hava haqqinda