Sərkisyan erməniləri müharibəyə çağırdı
Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan xalqı müharibəyə səsləyib.
KONKRET.az xəbər verir ki, bu barədə onun 28 may – Müstəqillik Günü ilə bağlı yazılı müraciətində əks olunub.
Sərkisyan bildirib ki, "106 il əvvəl olduğu kimi", bu gün də milli şüur, tarixi məsuliyyət və fədakar şücaət dövrüdür.
O, "erməni xalqının sədaqətli övladlarının" 1918-ci ilin "may döyüşlərində" qəhrəmanlıqla vuruşaraq, müstəqillik əldə etdiklərini bildirib.
"Dünən də, bu gün də türk zülmü altında təslim olmağa, alçaldıcı şərtlərlə sülh dilənməyə, acınacaqlı bir mövcudluğa çağıranlar bütöv milli hüquq, mənafe və təhlükələri dərk etməyə, reallığın gözünə baxmağa və hərəkət etməyə cəsarət etməmişlər və etmirlər.
Tarix şahiddir: zəfər layiq olanlara verilir və bu gün, may qəhrəmanlıq döyüşlərindən bir əsrdən artıq vaxt keçdikdən sonra hər birimizin seçimi qələbəyə layiq olmaq və ya lənətə gəlməkdir.
Əminəm ki, dövlət və kilsə öz missiyasına sadiq qalacaq və bu taleyüklü günlərdə Sərdarapatın rəmzi zəngləri həqiqətin və ləyaqətin qələbəsinin əlaməti olaraq çalınacaq".
Qeyd edək ki, 1918-ci ildəki "erməni qəhrəmanlıqları" silahsız azərbaycanlılara qarşı qətliamlar törətmək, indiki Ermənistan ərazisində – Qərbi Azərbaycanla yüzminlərlə insanı öldürmək, yurdundan qovmaq, Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif ərazilərində soyqırımlar törətmək olub. Erməni terrorçuları yalnız AXC-nin yeni yaranan ordusu darmadağın edib.
Sərkisyan isə yenə yalançı tarixə sığınaraq, yenə xalqı döyüşməyə və qətliamlara səsləyir. (Yeni Sabah)

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu