Səudiyyəli futbolçular hələ də vəd edilən "Rolls-Royce"larını almayıblar
Səudiyyə Ərəbistanı millisinin futbolçularına dünya çempionatında Argentina üzərindəki qələbəyə (2:1) görə vəd edilən "Rolls-Royce" avtomobilləri verilməyib.
KONKRET.azxəbər verir ki, Argentina ilə oyundan əvvəl yayılan məlumatda qeyd olunurdu ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Cənubi amerikalılar üzərində qazanılacaq qələbəyə görə hər futbolçuya "Rolls-Royce" hədiyyə edəcək.
Buna baxmayaraq, futbolçular ayrı-ayrılıqda verdikləri müsahibələrdə hər hansı bahalı xarici markalı avtomobillə mükafatlandırılmadıqlarını deyiblər.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal isə futbolçulara hər hansı avtomobil hədiyyəsinin vəd edilmədiyini deyib.
"Xeyr, xeyr. Futbolçularımız təmsil etdikləri ölkənin komandasında qürurla oynayırlar. Milli komandanı tarixi matçda təmsil etmək onlar üçün şərəf idi. Bahalı avtomobil ətrafında yayılan şayiələr həqiqətə uyğun deyil. Əlbəttə ki, mükafat nəzərdə tutulmuşdu, lakin bu, sadə bir bonus idi. Belə hallar üçün bizim öz qaydalarımız var. Onlar mükafat üçün yox, ölkələri üçün oynayırlar. Tarix yazmaq üçün oynayırlar. Onların bir çoxu Argentina üzərində qələbədən sonra məşhur oldu", – deyə Yasir Əl-Mişal vurğulayıb.//Oxu.az
Xidmetler [newsid: 0-123300]

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Bakıda yaşayış binasında uçqun
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb