Sevdiyi qıza görə oyuncaq silahla müəllimin evinə girdi, videoya çəkdi

Sevdiyi qıza görə oyuncaq silahla müəllimin evinə girdi, videoya çəkdiBakıda sevdiyi qıza görə müəllimin evinə basqın edən şəxsə hökm oxunub.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu il yanvarın 24-də günorta saatlarında Xətai rayonu ərazisində baş verib.
Belə ki, Ağdaş rayon sakini 2000-ci il təvəllüdlü F.Əmrahov sevgi münasibətində olduğu qıza 5 il əvvəl müəllim kimi repetitorluq xidməti göstərən Fazil Əliyevin (şərti ad-soyadlı) yaşadığı ünvana gəlib.
İttihama əsasən, o, aldatma yolu ilə mənzilə basqın edib və özü ilə gətirdiyi oyuncaq silahla ev sahibini qorxudaraq zərbələr endirib. O, hadisə vaxtı törətdiyi əməli videoya çəkib, daha sonra sosial şəbəkələrdə yayıb. Bundan sonra müəllimin şikayəti əsasında barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah və ysa silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb. Yanvarın 26-da o, həbs edilib.
Vətən Müharibəsi qazisi olan F.Əmrahov məhkəmədə dindirilən zaman bildirib ki, sevdiyi qız Fazil Əliyevin 2016-cı ildə ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyib və bundan sonra müəllimi cəzalandırmaq qərarına gəlib:
"2020-ci ildə hərbi xidmətdən qayıtdıqdan az sonra müharibə başladı və yenidən könüllü kimi orduya yazılıb döyüşlərə qatıldım. Füzuli, Qubadlı və digər rayonlarda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlı rayonunun azad edilməsi istiqamətində gedən döyüşlərdə hər iki ayağımdan ağır yaralandım və kontuziya aldım. Həmçinin Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmişəm. Bakı şəhəri 1 nömrəli ruhi-əsəb dispanserində müalicə almışam.
Həmin vaxt bir qızla tanış oldum, aramızda sevgi münasibəti yarandı. 2021-ci ilin dekabr ayında sevdiyim qız 2016-cı il tarixində riyaziyyat fənnindən yanına hazırlığa getdiyi müəllimin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirdi. Həmin vaxt qızdan müəllimin yaşadığı ünvanı istəsəm də, demədi. Buna baxmayaraq, Fazil müəllimi cəzalandırmaq üçün onun yaşadığı ünvanı və mobil nömrəsini axtarmağa başladım. Bir müddət sonra Ağdaşdan Bakıya gəldim və soraqlaşaraq mobil nömrəsini tapdım. Ona vatsapla mesaj yazaraq abituriyent olduğumu və həll edə bilmədiyim misalların həllinə kömək etməsini xahiş etdim. O isə görüntülü başa sala biləcəyini dedi və görüşməkdən imtina etdi.
Bundan sonra sevdiyim qızın bacısının həmin müllimin yanına hazırlığıa getdiyini öyrəndim və onu izləməyə başladım. 24 yanvar, 12 radələrində evi taparaq qapını döydüm. Qapını Fazil müəllim açdı, şübhə yaratmamaq üçün onunla görüşüb əvvəllər bir dəfə imtahan verib ödənişli təhsilə düşdüyümü, yenidən hazırlaşaraq imtahan vermək istədiyini bildirdim.
O isə artıq gec olduğunu, mart ayında imtahan olacağını bildirdi, daha sonra otağa daxil oldum, orda 14-15 yaşlı qız vardı, hazırlığa gəlmişdi. Bu zaman özümlə gətirdiyim oyuncaq tipli tapançanı belimdən çıxarıb müəllimə tuşladım".
Hadisə vaxtı təqsirləndirilən şəxs müəllimə şagirdinin yanında yumruqla və tapança ilə çoxsaylı zərbələr endirib və onu söyə-söyə video çəkib. Fazil Əlizadənin yerə yıxılaraq ağzından qal gəlməsini, eləcə də yeniyetmə qızın çığıraraq ağlamasını, binanın blokundan səs gəldiyini görən şəxs daha sonra evi tərk edərək uzaqlaşıb.
Məhkəmədə ifadə verən şəxs hadisə vaxtı orada olan şagirdə heç bir zorakılıq etmədiyini, yalnız kiməsə zəng edən vaxt telefonunu əlindən aldığını deyib. O, daha sonra müəllimi döyərkən çəkdiyi videonu dostuna göndərib və sevgilisinə sataşmış şəxsi cəzalandırdığını bildirib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Fazil Əlizadə hadisədən sonra polisə müraciət etdiyi, lakin onun qazi olmasını biləndən sonra şikayətini geri götürdüyünü deyib:
"Amma bir neçə gün sonra evimdə çəkilən görüntülərin sosial şəbəkələrdə yayıldığını gördüm. Buna görə polisə yenidən şikayət ərizəsi verdim, xahiş edirəm, bu əməli törədən şəxs qanunauyğun şəkildə cəzalandırılsın".
Faktla bağlı açılmış cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, Vətən Müharibəsində iştirak edib medallar almasını onun cəzasını yüngülləşdirən hallar kimi dəyərləndirib.
F.Əmrahovun yanvarın 26-da həbs olunması nəzərə alınaraq məhkəmənin 16 iyul 2022-ci il tarixli hökmü ilə ona 1 il 6 ay müddətinə şəti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Sosial       Tarix: 23 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Eldar İsmayılov təqaüdə göndərilir

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir. Hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur. Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonunc

Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib. xəbər verir ki, bu barədə qurum məlumat yayıbş. Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətləri

Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib - FOTO

Cəlilabad rayonunda bələdiyyə sədri vəfat edib. "Report"a istinadən xəbər verir ki, Şiləvəngə kənd bələdiyyəsinin sədri Anar Şabıyev qəfil dünyasını dəyişib. Onun ürək tutması nəticəsində vəfat etdiyi bildirili

ƏHALİYƏ MÜJDƏ: Orta aylıq pensiya 56 manat artdı

Azərbaycanda orta aylıq pensiya bir il ərzində təxminən 56 manat artaraq 595,8 manata çatıb. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, oktyabrın 1-nə olan məlumata görə, orta pensiya ötən ilin eyni dövrü ilə müqayisəd

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

Bakı-Quba yolunda ağır qəza: Xəsarət alanlar var

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. -a istinadən xəbər verir ki, hadisə yolun Şabran rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat

Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. O, direktorun başqa bi

Bu cərimələr 150 faiz artırılır

Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri xeber saytlari cəbhədən son durum butun xeberler