Sevgililər günü

Sevgililər günüSevgililər günü
Ramin Musayev yazır...
Bu gün 14 fevral - Sevgililər günüdür, hamı bunu təmtəraqla qeyd edir, çox sayda "mişka" oyuncaqlar öz sahibələrini tapır, hamı xoşbəxt olur. Amma…
Sevgililər gününün tarixçəsinə göz atsaq, görərik ki, müqəddəs Valentin bir-birilərini sevən, amma evlənmək icazəsi olmayanlar arasında nikah bağlayırdı. Elə o zamanlar Roma imperatoru II Klavdi gənc oğlanların evlənməsinə qadağa qoymuşdu ki, onlar Sezarın ordusunda döyüşərkən evdəkiləri və ailəsini düşünməsin. Subay əsgəri evdə gözləyən yoxdur, yəni itirəcəyi heç nə olmadığı üçün daha amansızcasına döyüşəcək. Həmin orduda həm həkim, həm də rahib olan Valentin isə əsgərləri gizli evləndirirmiş. Elə ona görə də həbs, sonradan isə edam olunur. Ölümündən illər sonra Xrisitian kilsəsi onu müqəddəsləşdirib, edam gününü isə "Sevgililər günü" kimi elan edib. 
Sevgililər gününün əfsanəsi belədir. Reallıqda isə hadisənin necə baş verdiyi haqqında tam məlumat yoxdur. Tarixi hadisələr çox zaman yazıçılar və şairlər tərəfindən o qədər şişirdilir ki, əfsanəyə çevrilir.
Bizim ölkədə də bu bayrama hər il hazırlıq gedir və qeyd edilir. Qadınlar sevdiklərindən hədiyyə, sevgi etirafı və evlilik təklifi gözləyirlər, hamısı birində, yaxud ayrı-ayrı. Bu günə hamı yüksək əhval ruhiyyə və inamla başlayır, amma axşama bəziləri məyusluq keçirirlər, çünki "mişka" gəlir, amma evlilik təklifi yox.
Amma düzünü desəm, bizdə bu bayramı qeyd etmək nə qədər doğrudur? 
Bizim cəmiyyətdə tez-tez qarşılaşdığımız və ənənəyə çevrilən hallardan biri sevdiyin ilə deyil, ananın dediyi qız, yaxud oğlanla evlənməkdir. Yəni, oğlan öz anasına sevgilisi olduğunu etiraf etmək təqdirində deyil, onunla evlənmək istədiyini deyib, müdafiə edə bilmir. Qızlar da həmçinin, hətta valideynlər buna pis baxır. 
Demək istəyəndə isə ana ona hirslənib deyir ki, "Sən hələ uşaqsan, anlamırsan, əmin qızı (dayın qızı, xalan qızı, atanın dostunun qızı, ananın rəfiqəsinin qızı, atanın müdirinin qızı və sairə) sənin üçün ən sərfəli variantdır. Bax məni də atana valideynlərim verib, pisdir??? Sevgi-zad boş şeydir. Ağlını başına yığ!" yaxud "Əgər sevdiyinlə evlənmək istəyirsən, onda get öz əlin, öz başın. Mama-papadan dəstək, pul gözləmə. Görüm, ailəni necə dolandıracaqsan!"
Bu "şantaj"lardan sonra "uşaq" heç nə deyə bilmir, valideynlərinin sözünü yerə salmayaraq, seçim ixtiyarını onlara verir. Sevdiyi qıza da deyir ki, "mamanın dediyini almaq məcburiyyətindəyəm, başqa çarəm yoxdur". Həmin qız da məyus olub, öz anasının-atasının istəyi ilə sevmədiyi insana ərə gedir. Sonunda iki bədbəxt ailə yaranır.
İlk növdəbə valideynlər uşaqlarına seçim azadlığı verməlidirlər. Səhv edərsə də, öz səhvi olar. Belə hallarda hər iki tərəf öz seçimləri olduğu üçün problemi sərbəst həll etməyə çalışırlar. Çox zaman da həll tapırlar. 
Valideynlərin seçimi olan ailələrin 95 faizi xoşbəxt deyillər. Ailə zəngin ola bilər, kasıb da ola bilər, amma xoşbəxtlik pul ilə ölçülmür. Ailədə xoşbəxtlik iki tərəf arasında olan xoş münasibət, sevgi, qarşılıqlı anlama, birlikdə qərar qəbul etmə və bir-birinə dayaq olaraq dəstək verməkdən irəli gəlir. 
Uşaqları belə qərarsız şəkildə yetişdirib, bütün qərarları valideynlər etdikləri təqdirdə, həmin şəxs heç zaman sərbəst qərar verə bilməyəcək, ömrü boyu valideynlərindən asılı qalacaq. Valideynlər isə uşaqlarını xoşbəxt görmək istəyi ilə bədbəxt edir. 
Statistikaya görə, boşanandan sonra ikinci dəfə ailə quranların çoxu xoşbəxt olur. Səbəbi də ikinci dəfə sərbəst seçim və qərardır. Bu da göstəricidir.
Sevgililər gününüz mübarək olsun! /oxu.az

Sosial       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılı

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərl

İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat

Sumqayıt Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb. O, direktorun başqa bi

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

Polis əməkdaşları tərəfindən noyabrın 20-də keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 699 ədəd güclü təsiredici xassəyə malik həb aşkar edilərək götürülüb. xəbər veri

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3

Bu yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəs

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər kriminal xeberler son xeberler bugun 2026 canli xeber