"Sıfır Tullantı" həmrəylik marafonuna start verildi

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı" həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Mingəçevir şəhərinin sahil zolağında baş tutan aksiya zamanı ümumilikdə 1346 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Sahilyanı ərazilərin təmizlənməsi təşəbbüsünə bankın Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir filial şəbəkələrindən 24 əməkdaş könüllü olaraq qoşulub.
Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkmək, eyni zamanda sahilyanı ərazilərin ekoloji vəziyyəti ilə bağlı ictimai həssaslığı artırmaqdır.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunması çərçivəsində Qırmızı Ürəklər Fondu və Kapital Bank tərəfindən başladılan "Sıfır Tullantı" həmrəylik marafonu artıq davamlı ekoloji təşəbbüsə çevrilib. O qeyd edib ki, layihə ekoloji maarifləndirmənin gücləndirilməsinə, məsuliyyətli davranışın təşviqinə və vətəndaşların təbiətin mühafizəsində daha fəal iştirakına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, marafon çərçivəsində sahilyanı, dağlıq və meşə ərazilərində təmizlik aksiyalarının həyata keçirilməsi, tullantılarla bağlı maarifləndirmənin artırılması və davamlı həyat tərzinin təşviqi nəzərdə tutulur. 2026-cı ildə təşəbbüsün müxtəlif bölgələrdə davam etdirilməsi planlaşdırılır.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 06 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler