"Şimali koreyalı Ronaldo"nun sirli taleyi: Ona niyə danışmağa icazə vermirdilər?
Şimali Koreya hökumətinin dəstəklədiyi istedad proqramı çərçivəsində 2015-ci ildə İtaliyaya köçən Han Kvanq-Sonqun hekayəsi film ssenariləri kimi idi.
KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, A Seriyası təmsilçisi "Yuventus"a transfer olunduqdan sonra komandanın heyətinə qatılan ilk asiyalı futbolçu kimi tarixə düşən "Şimali Koreyalı Kriştiano Ronaldo" ləqəbi verilən Kvanq-Sonqun həyatı 2021-ci ilin martında tamamilə dəyişdi.
2015-ci ildə getdiyi İtaliyada bir müddət "Perucia" akademiyasında oldu. Bu dönəm ərzində "Liverpul" onu istəsə də şimali koreyalı futbolçu bu təklifi rədd etdi. "Perucia" akademiyasından Mauro Kostorellanın bunun üçün "Liverpul"da Stiven Cerrardla görüşəcəyi deyilsə də, futbolçunun cavabı şokedici olmuşdu. O, Cerrardı tanımadığını demişdi. Kostorella "First Time Finish" jurnalına verdiyi müsahibədə o an hiss etdiyi böyük sürprizi, "Necə olur ki, Stiven Cerrardı tanımırsan? Mən dedim" – cümlələri ilə izah edib.
19 yaşında "Kalyari"nin heyətində debüt edən Han ilk qolunu 2017-ci ildə "Torino"ya vurub. Daha sonra B Seriyasında çıxış edən "Peruca"ya icarəyə getsə də "Yuventus" şimali koreyalı futbolçunu heyətində görmək istəyirdi. Nəticədə o, Turin təmsilçisinin U-23 komandasına qoşularaq daha çox ağ-qaralar ilə C Seriyasında çıxış etdi.
"Yuventus"un "Leççe" ilə oynadığı matçda əsas komandada görünən futbolçu, İtaliya komandasının heyətində yer alan ilk asiyalı kimi tarixə düşüb. "Yuventus" Hanın transfer haqqını 3,5 milyon avroya aldıqdan cəmi altı gün sonra onu yeddi milyon avroya Qətər klubu "Al-Duhail"ə satıb. "Sportsbible"da yer alan xəbərə görə, 2021-ci ilin martında "Al-Duhail"in Qətər Ulduzlar Liqası Kubokunu başı üzərinə qaldırmasına kömək edən Sonqun sonrakı karyerası belə demək mümkünsə, alt-üst olur. 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatı nüvə silahı proqramı siyasətinə görə Şimali Koreya vətəndaşlarının xaricdə işləməsinə mane olan sanksiyalar tətbiq etdi. Təşkilat Han Kvanq-Sonqun "Yuventus"dan "Al-Duhail"ə keçidini beynəlxalq sanksiyaların pozulması kimi qiymətləndirib və o, Qətər komandası ilə müqaviləsinə xitam verildikdən sonra ölkədən deportasiya edilib.
"Covid-19" epidemiyası fonunda Şimali Koreya sərhədlərini bağlayaraq ölkəyə giriş-çıxışa icazə vermədi. Bu səbəbdən Hanın bir neçə il naməlum səfirlikdə qapalı şəraitdə qaldığı bildirilir. Həmin müddət ərzində futbolçuya müsahibə üçün icazə verilməyib.
Hazırda 25 yaşı olan Han nəhayət üç ildən sonra ilk peşəkar matçını keçirib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Şimali Koreyanın Myanma ilə oyununda meydana çıxıb. Han bu matçda da qol vurmağı bacarıb.



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto