Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? - ARAŞDIRMA BAŞLADI

Sinif rəhbəri şagirdin başını dəfələrlə divara vurub? - ARAŞDIRMA BAŞLADIGəncədə sinif rəhbəri 5-ci sinif şagirdini döyüb.
KONKRET.az xəbər verir ki, bu iddia ilə "Qafqazinfo"ya azyaşlının babası Ələddin Hüseynov müraciət edib.
Onun sözlərinə görə, hadisə Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə baş verib. Ə.H.-nin sinif rəhbəri, Cavid adlı müəllim tərəfindən döyüldüyü deyilir: "Bu, ilk hadisə deyil, daha öncə də nəvəm həmin müəllim tərəfindən döyülüb. Tualetdə "niyə direktora demisən?" söyləyərək uşağı bir daha döyüb. Başını bir neçə dəfə divara çırpıb. Uşaq əli üstə yerə yıxılıb və əzilib. Hazırda əlinə sarğı qoyulub. Bütün gecəni başının ağrısından dayana bilməyib. Səhəri gün məktəbə getdik, müəllimdən uşağı niyə vurmasının səbəbini soruşduq. Kollektivin qarşısında bizə "vurmuşam, yaxşı etmişəm" dedi".
Sadalanan ittihamlarla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılıb: "34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, valideynin müraciəti ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır:
"Faktla bağlı müvafiq ekspertiza təyin edilib. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Hadisə       Tarix: 13 fevral 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətənda

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI

Noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən qadın Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyət

Azərbaycanda ağır qəzada həlak olanların sayı artdı: Ölənlər arasında azyaşlılar da var

Qazaxda baş verən avtomobil qəzasında ölənlərin sayı artıb. -ın məlumatına görə, qəza nəticəsində ağır vəziyyətdə xəstəxanaya aparılan 1979-cu il təvəllüdlü İttifaq İkram oğlu Müssədinov yolda həyatını itirib. Digər yaral

Bakıda 17 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb. KONKRET.azbakıvaxtı.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Amin Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi

Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək. -ın əldə etdiyi məlumata görə, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tib

"İnfiniti" aşdı: ölənlər var

Yevlax rayonunda baş verən avtomobil qəzasında iki nəfər ölüb. KONKRET.azreport-a istiandla xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, "İnfiniti" markalı avtomobili

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sürüşmənin aktivliyi davam edir

Badamdar–20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib. xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyini

Keçmiş nazirə ağır itki

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. xəbər verir ki, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəsəbəsində dəfn olunub


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər az sonxeberler bu gunun xeberleri sonxəbər