Siyasi partiyalar ianə barədə məlumatları 10 gündən gec olmayaraq MSK-ya təqdim edəcəklər

Siyasi partiyalar ianə barədə məlumatları 10 gündən gec olmayaraq MSK-ya təqdim edəcəklərSiyasi partiyalar qəbul etdiyi ianə barədə məlumatları 10 gündən gec olmayaraq MSK-ya təqdim edəcəklər.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, siyasi partiyalar ianəni qəbul etdiyi tarixdən on gündən gec olmayaraq, bu barədə aşağıdakı məlumatları Mərkəzi Seçki Komissiyasına bu Qaydanın əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməklə təqdim edəcəklər:
- ianə qəbul edən siyasi partiyaya münasibətdə: 1. siyasi partiyanın adı, qərargahın yerləşdiyi yer (hüquqi ünvanı), VÖEN-i;
- siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;
- ianə verən Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxsə münasibətdə – soyadı, adı, atasının adı, doğulduğu tarix, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan, şəxsiyyətini təsdiq edən 4 sənədin nömrəsi və etibarlılıq müddəti, fərdi identifikasiya nömrəsi (FİN), əlaqə telefon nömrəsi;
- qəbul edilən ianəyə münasibətdə:
- qəbul edildiyi tarix;
ianənin məbləği, əmlak olduğu halda tərkibi, bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi, habelə öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri).
Ərizə ianəni qəbul edən siyasi partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir.
İanə pul vəsaiti şəklində olduqda ianənin siyasi partiyanın bank hesabına köçürüldüyünü təsdiq edən sənəd, ianə bu Qaydanın 1.3.1-1.3.4-cü yarımbəndlərində qeyd olunan digər formalarda qəbul edildikdə isə müvafiq təsdiqedici sənədlər ərizəyə əlavə edilməlidir.
Siyasi partiya tərəfindən təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar olunduqda, Mərkəzi Seçki Komissiyası həmin sənədlər daxil olduğu tarixdən beş iş günü müddətində onların aradan qaldırılması üçün sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir.
Sənədlərdə aşkar olunmuş çatışmazlıqlar beş iş günü müddətində aradan qaldırılmadıqda, Mərkəzi Seçki Komissiyası müraciətin baxılmamış saxlanılması haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə siyasi partiyaya göndərir. Çatışmazlıqları aradan qaldırdıqdan sonra siyasi partiya tərəfindən Mərkəzi Seçki Komissiyasına yenidən ərizə ilə müraciət edilə bilər. / azxeber.com

Siyasi       Tarix: 26 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri valyuta son xeberler azerbaycan bugunun xeberleri