Siyavuş Novruzov: "Valyuta mübadiləsi fəaliyyəti üçün qaydalarımız sərtdir
Azərbaycanda valyuta mübadiləsi fəaliyyəti göstərmək üçün müəyyən edilmiş qaydalar kifayət qədər sərtdir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib.
"Vaxtilə valyutadəyişmə məntəqələrinin hamısını ləğv etdik və bu məsələni bankların ixtiyarına verdik. Təxminən 3 min məntəqə ləğv olundu ki, hərəsində azı 2 nəfər çalışırdı və beləcə 6 min insanı bu sahədən kənarlaşdırdıq. Valyutadəyişmə məsələsində kifayət qədər sərt qaydalar qoymuşuq. Məsələn, kimsə məntəqə açmaq istəyirsə girov kimi 50 min manat vəsait qoymalıdır və s. Bu məsələyə vətəndaşların rahatlığı üçün və digər vətəndaşların iş yeri olması konteksində baxsaq, burda nə problem var? Niyə valyutadəyişmə məntəqəsi ancaq bankın daxilində, xüsusi yerlərdə olmalıdır? Elə günlər olur ki, orada ümumiyyətlə valyuta dəyişmək olmur. Əgər biz turizmi inkişaf etdiririksə, hansısa xarici vətəndaş Azərbaycana valyuta gətirirsə, bunlar üçün münbit şərait yaratmalıyıq ki, gəlsin, dünyanın hər yerində olduğu kimi pasportunu versin və pulunu dəyişib getsin", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, Azərbaycanda bəzi bank kartlarından, o cümlədən əmək haqqı kartlarından pul çıxarılmasına gündəlik limit qoyulub. "Pul çıxarmaq üçün gərək 3 gün ardıcıl gedəsən. Başa düşürəm ki, böyük marketlərdə, "Mall"larda kartla ödəniş sistemi işləyir. Amma nağd pul çıxarmaq istəyirsənsə, lap Milli Məclisin deputatı belə olsan, müəyyən həddin var, əmək haqqının hamısını çıxara bilməzsən. Gərək bir neçə gün bankomata yaxınlaşasan. Hesab edirəm ki, bu məsələdə də müəyyən dəyişikliklər etməliyik".
///Apa / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var