Siyavuş Novruzovun orden və medalları ilə bağlı maraqlı faktlar – FOTO

Siyavuş Novruzovun orden və medalları ilə bağlı maraqlı faktlar – FOTOSiyavuş Novruzovun orden və medalları ilə bağlı maraqlı faktlar – FOTO
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası dövründə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun sinəsində orden və medallarla fotosunun yayılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Sosial şəbəkə istifadəçiləri Siyavuş Novruzovun həmin fotonu paylaşaraq bu mövzuda müxtəlif iddialar səsləndirirlər. Fotonu saxta hesab edənlərlə yanaşı, həqiqət sayanlar və YAP yetkilisinin hansı xidmətlərinə görə təltif edildiyini sorğulayanlar da var.
Siyavuş Novruzov dünən mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edərkən həmin medallar döşündə olub. Bunu sübut edən videosüjet də var. Beləliklə, məlum olub ki, foto saxta deyilmiş.
Siyavuş Novruzovun bu ordenləri nə zaman və hansı xidmətlərinə görə almasına gəlincə, Yenisabah.az bununla bağlı araşdırma aparıb. YAP yetkilisinin təltiflərinin siyahısını verilmə vaxtı və səbəbi ilə birlikdə oxuculara təqdim edirik:
"Şöhrət" ordeni – Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə 16 fevral 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.
1-ci dərəcəli "Vətənə xidmət ordeni" – 18 noyabr 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.
"Vətənə sədaqət ordeni" – 14 sentyabr 2016-cı ildə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndilməsinə böyük töhfə üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrinin veteranlarının Ümumrusiya İctimai Birliyinin sədri, keçmiş SSRİ Müdafiə nazirinin müavini Viktor Yermakov tərəfindən təltif edilib.
"Vətənə xidmət ordeni" - 01 may 2015-ci ildə Əfqanıstan Veteranlarının Rusiya Birliyinin sədri Frans Klinseviç tərəfindən təltif olunub.
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı – 27 may 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.
"Parlamentin 100 illiyi" medalı – 24 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunub.
"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı – 8 sentyabr 2018-ci ildə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif olunub.
"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubilley medalı – 5 iyul 2018-ci ildə Daxili İşlər nazirinin əmri ilə təltif olunub.
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı - 9 iyul 2019-cu ildə Xarici İşlər nazirinin sərəncamı ilə təltif olunub.
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı - 7 aprel 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təltif olunub.
"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı – 26 mart 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təltif olunub.
""Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı – 14 avqust 2019-cu ildə Dövlət Sərhəd Xidməti rəsinin əmri ilə təltif olunub.
"Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi (1919-2019)" medalı – 22 oktyabr 2019-cu ildə Prezidentin İlham Əliyevin sərəncamı ilə təltif olunub.
"Əfqanıstan müharibəsi veteranı" medalı – 26 iyun 2012-ci ildə Ümumrusiya İctimai Təşkilatı "Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı" tərəfindən təltif olunub.
"Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı – 28 yanvar 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təltif olunub.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı - MDB-ın dövlət-iştirakçılarının Hökumətlərinin Başçılarının Şurası yanında müharibə -beynəlmiləlçilərin işləri üzrə Komitənin sədri Ruslan Auşev tərəfindən təltif olunub.
"Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi" medalı - 15 fevral 2014-cü ildə veteran birləşmələrinin birgə fəaliyyətinin koordinasiyası üzrə komitəsi tərəfindən təltif olunub.
"General Cəmşid Naxçıvanski" yubiley medalı – 27 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən təltif olunub.
"Fədai" medalı - 11 noyabr 2016-cı ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid aillələri ictimai birliyi tərəfindən təltif olunub.
"Vətən naminə" medalı – 11 noyabr 2016-cı ildə Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid aillələri ictimai birliyi tərəfindən təltif olunub.
"Döyüş Qardaşlığı" veteranlar təşkilatı qarşısında xidmətlərinə görə" medalı – 02 fevral 2017-ci ildə SSRİ Daxili İşlər nazirinin birinci müavini Boris Qromov tərəfindən təltif olunub.
Vətən qarşısında "Xidmətlərə görə" medalı - 15 fevral 2017-ci ildə Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı adından təltif olunub.
"Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi – 25 il" medalı – 10 oktabr 2019-cu ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təltif olunub. /oxu.az

Sosial       Tarix: 14 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Bəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti

Vaşinqtonda İranla müharibənin kifayət qədər bahalı bir tərəfi üzə çıxıb: Prezident Donald Tramp hərbi kampaniyanın faktiki başa çatdığını bəyan etsə də, müharibənin maliyyə hesabı hələ də artmaqda davam edir. ABŞ Mərkəz

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun en son xəbərlər bugün krminal bu gun sonxəbərlər