Siyəzən polisi əməliyyat keçirdi: 60 kiloqrama yaxın narkotik aşkarlandı
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Əli Məlikov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, hündürlüyü 30-175 sm olan və ümumi çəkisi 57 kq 530 qr təşkil edən 81 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Polis Şöbəsi əməkdaşlarının eyni gündə keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan rayon sakini Zəfər Qəniyev də saxlanılınıb. Z.Qəniyevə məxsus həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 75-170 sm, ümumi çəkisi isə 2 kiloqramdan artıq olan 14 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Dindirilmə zamanı hər iki şəxs narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün yetişdirdiklərini etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. /open.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu