"Sony" və "Honda" birlikdə yeni elektromobillər İSTEHSAL EDƏCƏK
Yaponiyanın elektrik korporasiyası "Sony Group" və avtomobil istehsalçısı "Honda Motor" yeni müştərək elektromobillər istehsal edəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında şirkət rəhbərləri bildirib.
Onların sözlərinə görə, elektromobillər ABŞ-dakı "Honda Motor" zavodunda istehsal olunacaq və ilk sifarişlər 2025-ci ilin birinci yarısından qəbul ediləcək. Elektromobillərin tədarükü 2026-cı ildən başlayacaq və satış əsasən internet vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, hələ mart ayında iki korporasiya "Sony Honda Mobility" adlı ortaq şirkət yaratdıqlarını elan ediblər. Bu struktur çərçivəsində şirkətlərin potensialının birləşdirilməsi nəzərdə tutulur. "Honda Motor" avtomobillərin yaradılmasında öz nailiyyətlərini, "Sony Group" isə rabitə, elektron sensorlar, musiqi, video sahəsində ən son texnologiyaları təqdim edir.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var