Sosial şəbəkələrdə reklam olunan arıqlama məhsulları niyə təhlükəlidir?

Sosial şəbəkələrdə reklam olunan arıqlama məhsulları niyə təhlükəlidir?Xəbər verdiyimiz kimi, arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Monitorinqlər çərçivəsində,  "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb.
Qida eksperti Fərid Səfərov azxeber.com-a açıqlamasında deyib ki, arıqlama və ya kökəlmə məqsədilə satılan qida məhsullarına ehtiyatla yanaşmaq lazımdır:
Sosial şəbəkələrdə reklam olunan arıqlama məhsulları niyə təhlükəlidir?"Arıqlama və ya kökəlmə məqsədilə satılan çay, qəhvə, kapsul və digər bioloji aktiv qida məhsullarına ehtiyatla yanaşmaq lazımdır. Bu məhsulların heç də hamısı təhlükəli olmasa da, xüsusilə sosial şəbəkələr üzərindən mənşəyi və tərkibi dəqiq məlum olmayan məhsullar sağlamlıq üçün ciddi risk yarada bilər. Arıqlama yalnız bir məhsulun təsiri ilə deyil, balanslı qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi ilə əldə edilməlidir".
O deyib ki, qida əlavələrində sibutramin maddəsinin aşkarlanması narahatlıq doğuran haldır:
"AQTA-nın son monitorinqləri zamanı bəzi arıqlama məqsədilə satılan məhsullarda istifadəsinə icazə verilməyən sibutramin maddəsinin aşkarlanması narahatlıq doğuran haldır. Sibutramin vaxtilə piylənmənin müalicəsində istifadə olunsa da, ürək-damar sisteminə ciddi yan təsirləri – arterial təzyiqin yüksəlməsi, ürək döyüntüsünün sürətlənməsi, infarkt və insult riskinin artması səbəbindən bir çox ölkədə istifadədən çıxarılıb. İstehlakçı isə məhsulun tərkibində bu maddənin olduğunu bilmədən onu qəbul etdikdə sağlamlığını ciddi təhlükə altına qoya bilər".
O qeyd edib ki, təbii mənşəli olması belə məhsulun tam təhlükəsiz olduğu anlamına gəlmir:
"Eyni zamanda, "tam təbii", "100 faiz bitki tərkibli", "bir ayda 10 kilo arıqladır" kimi iddialarla reklam olunan məhsullara da tənqidi yanaşmaq lazımdır. Təbii mənşəli olması belə məhsulun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bitki tərkibli əlavələrin də əks göstərişləri ola, qəbul edilən dərmanlarla qarşılıqlı təsir göstərə və əlavə sağlamlıq problemlərinə səbəb ola bilər".
Qida eksperti bildirib ki, istehlakçılar mənşəyi məlum olmayan məhsulları həkim və ya mütəxəssis məsləhəti olmadan istifadə etməsinlər:
"İstehlakçılara tövsiyəm odur ki, sosial şəbəkələrdə və ya qeyri-rəsmi satış kanallarında reklam olunan, mənşəyi məlum olmayan məhsulları həkim və ya mütəxəssis məsləhəti olmadan istifadə etməsinlər. Məhsulun etiket məlumatlarını, tərkibini, istehsalçısını və ölkəyə rəsmi idxal olunub-olunmadığını yoxlamaq vacibdir. Əgər məqsəd arıqlamaq və ya kökəlməkdirsə, bunu qısa zamanda nəticə vəd edən məhsullarla deyil, fərdi qidalanma proqramı və sağlam həyat tərzi ilə həyata keçirmək həm daha təhlükəsiz, həm də uzunmüddətli nəticə verir".
Şahanə Ziyad

Sosial       Tarix: 08 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sabah Cəlilabad rayonunun 30 yaşayış məntəqəsində işıq olmayacaq. xəbər verir ki, buna səbəb yararsız naqillərin yenilənməsi işləridir. Nəticədə 24 avqust saat 10:00-dan 13:00-dək Cəlilabad rayonu üzrə 2 280 abonentin (Kövüzbulaq

Nazirlik: Son aylarda daha 20-dək qazi əvvəlki sağlamlığına qovuşub

Son aylarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən daha 20-dək şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

42 yaşlı general görün kimin oğlu imiş - FOTO

Dövlət Sərhəd Xidmətinin general-mayoru Nəsib Mirzəyevlə bağlı maraqlı fakt ortaya çıxıb. Nəsib Mirzəyevin atası Tahir Mirzəyev də zabit olub və sərhəd xidmətində çalışıb. Beləliklə, Nəsib Mirzəyevin sərhədçi kimi seçdiy

Azərbaycanda mina qurbanlarının sayı açıqlanıb - STATİSTİKA

2020-ci ilin noyabr ayından 2026-cı il avqustun 20-dək Azərbaycanda 436 nəfər mina qurbanı olub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) -un sorğusuna cavab olaraq bildirib ki, mina hadisələri nəticəsind

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq

18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı açıqlandı

18 yaşadək uşaq dünyaya gətirən qadınların sayı azalıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşrində məlumat verilib. Bildirilib ki, 2025-ci ildə 877 nəfər 18 yaşı olmayan qadın ana olub. Bu rəqəm 2024-c

Şəhid anası tələbə adını qazandı - FOTO

Şəhid anası Maya Quliyeva ali məktəbə qəbul olub. xəbər verir ki, şəhid Xalid Hassanın anası Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. . O bundan öncə kollecdə təhsil alıb. Şəhid anasının bu uğuru sosia

Tanınmış teleaparıcının qızı da tələbə adını qazandı - FOTOLAR

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrinin açıqlanması bir çox media nümayəndəsinin ailəsində də sevincə səbəb olub. Bir sıra jurnalistlərin də övladları yüksək təhsil pilləsinə qədəm qoyaraq tələbə adını qazanıblar

İran rialının ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Manat üçün təhlükə varmı?

İranda milli valyutanın – rialın ABŞ dolları qarşısında kəskin ucuzlaşması regionun iqtisadi gündəmində əsas mövzulardan birinə çevrilib. Valyuta böhranının dərinləşməsi təkcə İran iqtisadiyyatına deyil, qonşu ölkələrlə ticarə


yeni xeberler azerbaycan xeberleri son xeberler xabar az en sonxeber gunun xeberleri en son xeberler bu gun