Sovet kəşfiyatının GİZLİ SSENARİSİ: Xaricdəki ermənilər Ermənistana necə köçürülüb?
20-ci əsrin 50-ci illərində meydana atılan "erməni soyqırımı" termini SSRİ-nin Türkiyəyə qarşı təzyiq vasitəsi idi. Türkiyənin NATO-ya daxil olmasından sonra Sovet imperyasının əl atdığı "ən təsirli vasitə" erməni mövzusuydu. Dərhal ermənilərin qondarma "qırğın" iddiasından bəhrələnən Sovet siyasətçiləri onlardan vasitə kimi istifadə etdikcə bu saxtakar və uydurma yalana inanmağa başlayırdılar.
Dərhal İrəvanın mərkəzində qondarma "soyqırıma" xatirə kompleksi inşa edildi. Yaxın-uzaq qəbirstanlıqlardan insan sümükləri kompleksə daşındı və erməni qalıqları kimi nümayiş olunmağa başladı. Az sonra ermənilərin Ağrı dağına iddiasının şahidi olduq. Moskvanın göstərişi ilə İrəvanın "Spartak" futbol komandasının adı dəyişib "Ararat" qoyuldu. Sovet kəşfiyatının gizli ssenarisi üzrə inkişaf edən hadisələr xaricdəki ermənilərin Ermənistana köçü ilə davam etdirildi. 30 ildir özünün dövlət siyasətini "soyqırımı" üzərində quran Ermənistan Türkiyəni ittiham edir və dünya dövlətlərinin əksəriyyəti Ankaraya təzyiq vasitəsi kimi bu saxta rıçaqdan faydalanır.
Amma Ermənistanda yeni islahatlar həyata keçirən baş nazir Nikol Paşinyan xalqı xəstəlikdən xilas olmağa dəvət edib. Bu, ilk olaraq "soyqırımı" iddiasından əl çəkməkdir. Paşinyanın bununla bağlı verdiyi bəyanat Ermənistanda bomba effekti yaradıb. Siyasətçilər baş nazirin bəyanatını kəskin tənqid edib və "soyqırım"dan imtinanı erməni dövlətçiliyinin itirilməsi kimi qiymətləndiriblər. Belə siyasətçilərdən biri də Edmon Marukyandır.
Keçmiş səfir hesab edir ki, "erməni soyqırımı"nı inkar etmək üçün dik dayanıb belə bir şey olmadğını demək lazımdır. Bunu da Paşinyan bacara bilər".
Paşinyan bildirmişdi ki, 1,5 milyon "qurban"ın adını bir-bir sadalamaq ağılsızlıqdır. O, bununla əsassız "soyqırımı" iddialarından əl çəkməyin vaxtının çatdlığını bildirir.
Vəli Həsənoğlu,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var