"Spartak"a öz meydanında oynamaq qadağan edildi
RPL "Spartak"ın "Lukoyl Arena"da oynamasını ot örtüyünün keyfiyyətinə görə qadağan edib
KONKRET.az xəbər verir ki, Rusiya Premyer Liqası (RPL) Moskva "Spartak"ına 20-ci turun "Fakel Voronej"lə doğma meydanda keçirəcəyi oyuna qadağa qoyub. Bu barədə qurumun saytında məlumat verilir.
RPL bəyan edib ki, "Lukoyl Arena" stadionundakı ot örtüyü Rusiya Futbol İttifaqının qaydalarına və standartlarına uyğun deyil. Qeyd olunur ki, buna səbəb Moskvada rekord miqdarda qar yağmasıdır və bu, qazonun keyfiyyətinin aşağı düşməsinəgətirib çıxarıb. "Match TV"nin məlumatına görə, görüş "Lujniki"də baş tutacaq.
RPL mövsümünün ilk hissəsindən sonra "Spartak" turnir cədvəlində beşinci yerdədir. Paytaxt komandası 18 görüşdə 30 xal toplayıb. "Krasnodar" 38 xalla liderdir.
"Spartak" – "Fakel" matçının martın 10-da keçirilməsi nəzərdə tutulub. Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.
Burhan,
KONKRET.az

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto