"Stimul Hospital" ölüm hadisəsi ilə bağlı açıqlama yaydı

"Stimul Hospital"da baş verən ölüm hadisəsi ilə bağlı klinika açıqlama yayıb.
Qurumdan KONKRET.az-a daxil olan açıqlamada bildirilir ki, xəstə 1992-ci il təvəllüdlü Cabbarlı Aytən Fəxrəddin qızı klinikaya kənar ağır vəziyyətdə daxil olub. "Xəstə klinikaya daxil olarkən, dəri örtüyü avazmış, arterial təzyiq 60/20 mm civə sütunu, saturasiyası 30, nəbzi 150/160 olmuş, xəstənin ağzından və burnundan qan gəlmişdir.
Xəstənin yaxınlarından ilkin məlumatlar toplanmış, verilən məlumatlara görə xəstənin evdə 4 gün qızdırması olmuş, bununla əlaqədar iyul ayının 8-dən 9-na keçən gecə 3 saylı şəhər klinik xəstəxanasına müraciət etmişlər. Xəstəxanada yaxınların dediyinə görə xəstənin mədəsi yuyulmuş və evə buraxılmışdır. Buna baxmayaraq qusması davam etmişdir. 09.07.2024-cü il saat 08:00 rədələrində bizim klinikaya ağır vəziyyətdə müraciət etmişlər, xəstəyə dünya protokolunda mümkün olan bütün reanimasyon tədbirlər göstərilmiş və dərhal 103 çağrı mərkəzinə müraciət edilmişdir. Onlar üç fərqli-fərqli Təcili Tibbi Yardım briqadası klinikaya gəlmiş xəstənin vəziyyətini qiymətləndirmiş və xəstənin növbəti xəstəxanalara transferindən imtina etmişlər.
Hətta xəstə yaxınları öz istəkləri ilə klinikamıza həkim renimatoloq dəvət ediblər. Həkim reanimatoloq xəstənin ağır vəziyyətdə olduğunu və bütün reanimasyon tədbirlərin düzgün aparıldığını qeyd edib.
Sonra xəstənin yaxınları tərəfindən mərkəzi klinikadan Təcili Tibbi Yardım briqadası çağırıldı və xəstənin vəziyyətinin ağır olmasını qeyd edildi, xəstənin transferindən imtina edildi.
Bu hadisə ilə bağlı dərhal tərəfimizdən 13-cü polis bölməsinə və Sabunçu rayon prokrorluğuna məlumat verilmiş və onlar klinimaza gəlib bütün bu hadisələrdə bizimlə birlikdə iştirak etmişlər.
Tərəfimizdən aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmamışdır.
Faktla bağlı Sabunçu rayon prokrorluğunda araşdırma aparılır.
Stimul Hospitalın kollektivi mərhumun ailə üzvlərinə baş sağlığı diləyir".

Hadisə       Tarix: 11 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var

İranın İlam əyalətində işçiləri daşıyan avtobusun aşması nəticəsində 5 nəfər həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Fars"a istinadən xəbər verir ki, hadisə Dəşt-e-Abbas şəhərindən Murmur

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Qubada ağır qəza - Ölən və yaralananlar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-da saat 01:10 radələrində rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb. "Lada Niva"

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib. modernaz-a istinadən xəbə

Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi

Füzulidə baş verən ağır yol qəzasında xəsarət alan 28 yaşlı qadının müalicəsi Bakıda davam etdiriləcək. -ın əldə etdiyi məlumata görə, qəza zamanı yaralanan 1998-ci il təvəllüdlü Mustafayeva Rəmziyə Mustafa qızı Sabunçu Tib

Şəmkirdə avtomobil ağaca çırpıldı: Ölən və xəsarət alanlar var - Adlar

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Vüsal Vüqar oğlu Əmrahovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yo

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.  "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib. Mərhum bu gün Ağcabədi rayonund

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

Yardımlıda məktəb direktoru vəfat etdi

Yardımlıda vəzifəli şəxs vəfat edib. -a istinadən xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illə


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun en son xeber maşın realiti şou maliyye xeberler bugun