Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?
Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər.
azxeber.com Demokrat.az-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, tibbdə "bruksizm" adlandırılan bu problem uzun müddət davam etdikdə dişlərdə aşınma, çatlar, çənə ağrıları və xroniki baş ağrılarına səbəb ola bilər.
Biruni Universiteti Diş Həkimliyi Fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi şöbəsinin rəhbəri Prof. Dr. Mustafa Cenk Durmuşlar bildirib ki, bir çox insan dişlərini sıxdığını səhərlər ortaya çıxan əlamətlər vasitəsilə anlayır.
Onun sözlərinə görə, səhər baş ağrısı ilə oyanmaq, çənədə yorğunluq hissi, üz əzələlərində ağrı, diş həssaslığı və qulaq ətrafında narahatlıq diş sıxmanın əsas əlamətləri sırasında yer alır.
Mütəxəssis qeyd edib ki, müalicə edilməyən diş sıxma dişlərdə qalıcı zədələr yarada, çənə oynaqlarına əlavə yük verə və ağız açmaqda çətinlik, eləcə də çeynəmə problemlərinə səbəb ola bilər.
Diş sıxmanın əsas səbəbləri arasında stress, narahatlıq, yuxu pozuntuları və gündəlik həyatın yaratdığı gərginlik göstərilir. Bu səbəbdən problemin həllində yalnız dişlərin deyil, insanın həyat tərzinin də nəzərə alınması vacib hesab olunur.
Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər. Müalicə üsulları arasında gecə diş qoruyucularından istifadə, stressin idarə olunması və bəzi hallarda çeynəmə əzələlərinin fəaliyyətini azaltmağa yönəlmiş "masseter botoksu" tətbiqi də yer alır.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?