Su götürmək istəyərkən kanala yıxıldı, boğulub öldü - TƏFƏRRÜAT
Tərtər rayonunda beton kanala düşərək boğulan 63 yaşlı Ağa Məmmədovla bağlı hadisənin təfərrüatı məlum olub.
KONKRET.az-ın Teleqraf-a istinadən məlumatına görə, rayonun Cəmilli kənd sakini Ağa Yapon oğlu Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.
Hadisədən bir neçə saat sonra onun meyiti düşdüyü yerdən bir neçə kilometr aralıda – kanalın Borsunlu kəndi ərazisindən keçən hissəsində, suyun istiqamətinin tənzimlənməsi üçün nəzərdə tutulan suötürücü qapıların yaxınlığında sakinlər tərəfindən aşkarlanıb.
Yaxınlarının bildirdiyinə görə, Ağa Məmmədov vaxtaşırı gənc yaşda vəfat edən gəlininin məzarını ziyarət edib.
Bildirilir ki, o, hadisə günü də məzarlığa gedib və məzarın ətrafındakı yaşıllığı sulamaq üçün kanaldan su götürmək istəyib.
Lakin bu zaman ehtiyatsızlıqdan suya düşüb və boğulub.
Faktla bağlı araşdırma aparılır.
***
Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.
KONKRET.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib.
Kənd sakini Ağa Məmmədov Suqovuşandan gələn kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun meyiti düşdüyü yerdən aralıda sakinlər tərəfindən aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı