"Subway" Azərbaycan bazarına daxil olur - FOTO
Beynəlxalq restoran şəbəkəsi olan "Subway" Azərbaycan bazarına daxil olduğunu elan edib.
Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi "N Sky Build MMC" şirkəti ilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, "N Sky Build" ölkə ərazisində "Subway" şəbəkəsinin inkişafı və idarə edilməsi üzrə eksklüziv hüquqlar əldə edib.
Azərbaycan brendin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda yeni təmsil olunduğu ölkəyə çevrilir.
"N Sky Build"-in sədri Nuri Qaragöz KİV-ə açıqlamasında müqavilənin imzalanmasını uzunmüddətli layihə adlandırıb.
"Subway"in Azərbaycan bazarına daxil olması şirkətimiz üçün mühüm mərhələdir. Söhbət yeni iş yerlərinin yaradılmasından, müasir idarəetmə standartlarının tətbiqindən və ölkədə ictimai iaşə seqmentinin inkişafından gedir. Biz bu layihəni iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına töhfə kimi dəyərləndiririk və şəbəkənin mərhələli genişləndirilməsini planlaşdırırıq", — Nuri Qaragöz bildirib.
Xatırladaq ki, "Subway" dünya üzrə 37 000-dən çox nöqtədə təmsil olunan, sendviçlərin hazırlanması üzrə ixtisaslaşmış ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir. Son illərdə şirkət EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun ölkələrində master-françayzinq müqavilələrinin bağlanmasını fəal şəkildə davam etdirir.
"Subway"in Azərbaycan bazarına çıxışı sürətli xidmət seqmentində rəqabəti gücləndirir və beynəlxalq brendlərin ölkəyə artan marağından xəbər verir.


/ azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb